Gender Resurs Mərkəzi: Danışma xətti
Gender Resurs Mərkəzi psixoloji, sosial, hüquqi dəstəyə və ya sadəcə danışmağa ehtiyacı olan insanlar üçün yeni xidmət təklif edib
13/Aug/21
2933
Gender Resurs Mərkəzi: Danışma xətti
Gender Resurs Mərkəzi psixoloji, sosial, hüquqi dəstəyə və ya sadəcə danışmağa ehtiyacı olan insanlar üçün yeni xidmət təklif edib.
LGBTİ+ Danışma xətti ölkədə kuir icmanın sosial və psixoloji vəziyyətinin artırılması üçün açıqdır və mərkəz ehtiyacı olanları sosial işçi və psixoloq ilə təmin olunacağını deyib.
Mərkəz əlaqə nömrəsi 055-451-00-50 olan Danışma xəttinin hətfə içi saat 11:00 ilə 19:00 arası aktiv olacağını söyləyib.
Gender Resurs Mərkəzi 2020-ci ildən fəaliyyətə başlayıb. Kuir-feminist platforma olan mərkəz Azərbaycan müxtəlif gender kimlikli və seksual oriyentasiyalı şəxslər üçün təhlükəsiz məkan və resurs çatışmazlığı probleminə cavab olaraq təsis edilib.
Mərkəzinə sosial, psixoloji və hüquqi xidmətlər və konsultasiyalar, bacarıqların artırılması və səlahiyyətləndirmə, araşdırılmaların aparılması və resursların yaradılması və incəsənət vasitəsilə mobilizasiyanı hədəf alıb.
Powered by Froala Editor