Allo, Kamerunda doğulmuş müğənni və bəstəkardır. O, sözsüz ən böyük uğurunu əfsanəvi Prince ilə çalışmaqda görür. İlk albomunu 2009-cu ilə çıxardan müğənni 2 il sonra Princin bak vokal ifaçılarından və gitaristlərindən biri olur. Allo yenidən öz maraqlı və yeni janr musiqi və klipi ilə gündəmdədir. 


Klipin rejisseru Şon Frank, prodyuseri isə Lena Uaitedir. Allo mahnısı haqqında bunları deyir "Angels Make Love" insanların ilk intim münasibətlərindən və dərin əlaqələrindən bəhs edir. Bu mahnını yazanda mən, gözləntiləri, həyacanı və ilk anların hirs və emosiyalarını çatdırmaq istəmişəm."  

Lenanın dediklərinə görə Allo ilk başlarda musiqiyə klip çəkməyi düşünmürmüş. Sonradan prodyuserliyi üstələyəcəyini deyəndə razılaşır və ortaya bu cür mükəmməl görüntülər çıxır. 

Buyurub izləyin.