Çin universitetinin LGBTİ+ tələbələrin siyahısını tərtib etdiyi iddia edilib 

İnternetə sızmış sənədə görə, Çinin Şanxay Universitetinin LGBTİ+ tələbələrin siyahısını hazırladığı bildirib, niyəsini heç kim bilmir. 

Nyu-Yorkda yerləşən Sup China məlumat verib ki, Şanxay Universiteti şəbəkəsindəki məktəb və kolleclərdən bütün “heteroseksual olmayan” tələbələrin detallarını bildirmələrini istəyib. 

Siyahının varlığı 26 avqustda paylaşım edərək, bu təcrübəni "qorxulu" olaraq qeyd edən Weibo istifadəçisi Bābǎi Yīwàn Lǐ tərəfindən aydınlığa çıxarılıb. 

"Görünür, Şanxay Universiteti LGBT tələbələr haqqında hesabat istəyən və onları təqib edən tək universitet deyil," - deyə o yazıb. "Məktəbin niyyəti istər yaxşı olsun, ya da olmasın, bu qorxulu bir şeydir."

O, Şanxay Universitetinin yüksək vəzifəli şəxslərinin "direktivi" olduğu iddia edilən sənədin ekran görüntüsünü paylaşıb. 

"Kampus anketi" sənədində "əlaqədar təlimatlara görə", universitetin məktəbləri LGBTİ+ tələbələr haqqında sahib olduğu hər hansı informasiyanı "araşdırmalı" və "hesabat verməlidir" deyə yazılıb.




Powered by Froala Editor