Rusiya LGBT Şəbəkəsi: Moskvada bir kişi oğurlanıb
Rusiya LGBT qrupu bir kişinin oğurlandığını, Çeçenistana aparıldığını və bölgədəki geylər haqqında informasiya almaq üçün təzyiqlərə məruz qaldığını söyləyib
28/Aug/21
1928
Rusiya LGBT qrupu bir kişinin oğurlandığını, Çeçenistana aparıldığını və bölgədəki geylər haqqında informasiya almaq üçün təzyiqlərə məruz qaldığını söyləyib
Rusiya LGBT Şəbəkəsi dağıstanlı İbragim Selimkhanovun bu ilin əvvəlində Moskvada oğurlandığını və zorla Şimalı Qafqaz regionuna, Çeçenistana gətirildiyini və burada səlahiyyətlilərin bölgədəki geylər haqqında informasiya alması üçün təzyiqlərə məruz qaldığını söyləyib.
Qrup 25 avqustda verdiyi açıqlamada çeçencə danışan dörd kişinin may ayının ortalarında Rusiyanın paytaxtında Selimkhanovu oğurladığını və onu təyyarə ilə Çeçenistanın paytaxtı Qroznıya gətirdiyini və burada Rusiya LGBT Şəbəkəsinin Şimali Qafqazdakı geylərə kömək edən partnyorları haqqında sorğulandığını söyləyib.
Bundan bir neçə gün sonra Çeçenistan səlahiyyətliləri Selimkhanovu Qroznıda yaşayan anasına təslim edib. Selimkhanov bundan sonra davamlı şəkildə nəzarət aldında olub, lakin Moskvaya gələrək bölgəni tərk edə bilib. O, burada onu oğurlayanların tapılıb ədalətə cəlb edilməsi üçün polisə şikayət edib.
İnsan hüquqları qrupları əhalisinin əksəriyyəti müsəlman olan Çeçenistanı oğurlama, işgəncə və məhkəmədən kənar qətllər daxil olmaqla seksual azlıqları hədəf almaqda günahlandırıb.
Çeçenistan hakimiyyəti ittihamları rədd edib.
Powered by Froala Editor