Ukrayna LGBTİ+ bərabərliyi üçün mübarizəyə söz verib
Ukrayna Prezidenti Joe Biden ilə görüşündən sonra LGBTİ+ bərabərliyi uğrunda mübarizə aparacağına söz verib
03/Sep/21
1805
Ukrayna Prezidenti Joe Biden ilə görüşündən sonra LGBTİ+ bərabərliyi uğrunda mübarizə aparacağına söz verib
Ukrayna prezidenti Vladimir Zelenskiy ABŞ prezidenti Joe Biden ilə görüşdən sonra LGBTİ+ bərabərliyi uğrunda mübarizə aparacağına söz verib.
1991 -ci ildə Sovet İttifaqının süqutundan bəri Ukrayna yavaş-yavaş LGBTİ+lər üçün bir çox hüquqlar tətbiq edib, lakin hələ irəlidə uzun bir yol var.
Eynicinsli cütlüklərin heç bir qanuni tanınması mümkün deyil və gender kimliyi və seksual oriyentasiyaya əsaslanan ayrı-seçkilik yalnız işə götürmədə qadağandır.
Kuir ukraynalılar Şərqi Ortodoks Kilsəsinin təsiri səbəbiylə böyük ölçüdə sosial damğa, zorakılıq və ayrı-seçkiliklə üzləşirlər.
Konqresin LGBTQ+ Bərabərlik Qrupu liderlərin Ukrayna ilə ABŞ arasındakı əlaqələri müzakirə etmək üçün bir araya gəldikləri zaman 1 sentyabr çərşənbə günü Zelenskiy ilə Bideni LGBTİ+ hüquqları mövzusunu qaldırmağa çağırıb.
Qrup məktubda Bidenə: "Ukrayna parlamentində Ukraynanın LGBTİ+ icmasıns zərər verəcək bir neçə qanun layihəsinin təqdim edilməsindən narahat olduğunu" - söyləyib.
Eynicinsli münasibətləri yenidən cinayət hesab etmək cəhdi də daxil olmaqla, qanun layihələri qəbul edilməsə də: "onların təqdim olunmağa davam edəcəyini və Ukraynanın LGBTİ+ icması üçün təhlükə olacağını gözləyirik", - məktubda deyilib.
Fevral ayında LGBTİ+ hüquqlarının dünya miqyasında qorunmasını tələb edən tarixi memorandum imzalayan Biden LGBTİ+ hüquqlarını görüşdə müzakirə mövzusu edib.
Daha sonra Zelenskiy və Biden aşağıdakı birgə bəyanatı yayblar: “ABŞ-ın dəstəyi ilə Ukrayna beynəlxalq standartlara və öhdəliklərə uyğun olaraq insan hüquqlarına, vətəndaş azadlıqlarına və fundamental azadlıqlara hörmətlə yanaşmağa, irqçilik, ksenofobiya, antisemitizm və LGBT+ icmasına qarşı ayrı-seçkiliklə mübarizə aparmağa davam edəcək. Ukrayna qanunvericilik də daxil olmaqla, genderindən, irqindən, etnik mənsubiyyətindən, dinindən, seksual oriyentasiyasından və siyasi baxışlarından asılı olmayaraq bütün şəxslərə qarşı şiddətə görə məsuliyyəti gücləndirməyi planlaşdırır."
Powered by Froala Editor