Nəfəs LGBTİ imzatoplama kampaniyası keçirir
Nəfəs LGBTİ Azərbaycan Alyansı imzatoplama kampaniyası keçirir
10/Sep/21
3332
Nəfəs LGBTİ Azərbaycan Alyansı imzatoplama kampaniyası keçirir
Nəfəs LGBTİ Azərbaycan Alyansı bildirir ki, Azərbaycanın LGBTİ+ icması epidemik səviyyədə homofobiya, transfobiya və kuirfobiya ilə qarşılaşır və LGBTİ+ləri qoruyan qanunların olmaması icmanın ölkədə yaşamını çətinləşdirir və qorxulu mühit yaradır.
Bununla əlaqədar Nəfəs LGBTİ Azərbaycan Alyansı LGBTİ+lərə, LGBTİ+ dostlarına və müttəfiqlərə səslənərək ölkədəki hüquqi dəyişiklik və LGBTİ+ləri qoruyacaq qanunvericiliyin hazırlanması üçün səlahiyyətli orqanların hərəkətə keçməsini təmin etmək məqsədilə insanları imzatoplamada iştiraka dəvət edir.
İmzalamaq üçün bu linkə keçid edin.
Powered by Froala Editor