Uqanda hökuməti homofobiya səbəbindən ölkəni tərk edən kuirlərin saxta “iqtisadi geylər” olduğunu utancverici şəkildə iddia edib

Uqanda hökuməti ölkədən qaçan bəzi LGBTİ+ sığınacaq axtaranların Qərb ölkələrində yaşamaq üçün seksuallıqlarını saxtalaşdırdıqları barədə absurd və təhqiramiz iddia irəli sürüb.

Homoseksuallıq illeqaldır və dünyada ən qatı anti-LGBTİ+ qanunlarından bəzilərinə sahib Uqandada ömürlük həbs ilə cəzalandırılır. Əksər kuir uqandalı radar altında qalaraq yaşayır və qaçmağı bacaranların çoxu geri dönərlərsə, ölümdən qorxurlar. 

Lakin xarici işlər naziri general Jeje Odongo çoxsaylı sığınacaq axtaran gey kişilərin arvad və uşaqları olduğuna işarə edərək kuir sığınacaq iddialarının legitimliyinə şübhə edib. 

Daily Sabah verdiyi məlumata əsasən: "Homoseksual olduqlarını bəhanə edərək gedən bu uqandalılar. İndi yalanları onları ələ verir, çünki yerləşdikdə arvadlarını və uşaqlarını gətirmək istəyirlər," - o deyib. 

“Təəssüf ki, gey olmayan bəzi insanlar onlara simpatiya ilə yanaşan ölkələrdə vətəndaşlıq almaq üçün gey kimi davranırlar. Bu cür insanlar inkişaf etmiş ölkələrin bütün afrikalılara olan güvənlərini itirməsinə səbəb olacaq.”

Bu qədər çox gey kişinin dolabda qaldığı və evlənib uşaq sahibi olmaq üçün ictimai basqının güclü olduğu bir ölkədə bir çox sığınacaq axtaran geylərin arvadlarının olması elə də təəccüblü deyil. 



Powered by Froala Editor