Cavid Nəbiyev Azərbaycana qayıdıb
LGBTİ+ hüquq müdafiəçisi Cavid Nəbiyev Azərbaycana geri dönü
17/Sep/21
2768
Cavid Nəbiyev Azərbaycana qayıdıb
LGBTİ+ hüquq müdafiəçisi Cavid Nəbiyev Almaniyada 6 illik mühacirətdən sonra dünən, sentyabrın 16-sı Azərbaycana geri dönüb. Bu haqda Minority Azerbaijan-a danışan hüquq müdafiəçisi deyib ki, 6 il əvvəl məruz qaldığı təzyiqlərdən sonra müalicəyə və reabilitasiyaya, eləcə də özünüinkişafa ehtiyacı olub. Bu səbəbdən də ölkəni tərk edib.
Cavidin sözlərinə görə o, Avropada yaşadığı müddətdə Azərbaycandakı LGBTİ+ hüquqları ilə bağlı beynəlxalq kampaniyalar aparmağa, müxtəlif təşkilatlarla əlaqələr qurmağa başlayıb, eləcə də “insan hüquqları sahəsində beynəlxalq hüquq” (International human rights law”) ixtisası üzrə Mərkəzi Avropa Universitetində magistr təhsilini tamamlayıb.
“Əldə etdiyim bilik və təcrübələri artıq Azərbaycanda tətbiq etməyin vaxtı çatdığını düşünürəm. Ölkədə LGBTİ+ icma quruculuğuna, icmanın görünənliyinin artmasına, LGBTİ+ların hüquqlarının təşviqinə və ictimai vəkilliyə töhfə vermək istəyirəm”, - Cavid Nəbiyev bildirib.
Powered by Froala Editor