Trans həkim işdən kənarlaşdırılıb
Trans həkim çimərliyə bikini geydiyi üçün işdən kobud şəkildə kənarlaşdırılıb
26/Sep/21
2538
Trans həkim çimərliyə bikini geydiyi üçün işdən kobud şəkildə kənarlaşdırılıb
Türkiyədə trans həkim çimərliyə bikini geydiyi üçün "ictimai əxlaqı pozmaqda" ittiam edilib.
Bianetin verdiyi xəbərə görə, Dr Larin Kayataş İstanbulda Taksim Tədqiqat və Araşdırma Xəstəxanasında işləməyə başladıqdan qısa bir müddət sonra Prezidentlik Kommunikasiya Mərkəzinə (CİMER) şikayət edən tibb bacısı tərəfindən məruzə olunub.
Şikayətin Kayataşın sosial mediada çiməikdən bikini ilə paylaşdığı bir sıra fotoşəkillə əlaqəli olduğu bildirilib.
O deyib: “Tibb bacısının şikayətindən sonra üç ay işdən kənarlaşdırıldım. Üç ay peşəmdən uzaq idim. Qayıdanda... müdafiəm üçün lazımsız, gülünc suallara cavab verdim. Bu proses mənim üçün çətin idi.”
Karyerası boyu ayrı-seçkilik ilə qarşılaşan Kayataş: "Onlar indi də bu qədər sıxıntıdan sonra var olmağı bacardığım yerdə artıq işimi görə bilməyəcəyimi deyirlər. Bunu necə qəbul edə bilərəm?", - deyə əlavə edib.
Trans həkim izləyicilərini müxalifət partiyası CHP-ə səs verməyə təşviq edən sosial media paylaşımları haqqında da sorğulandığını söyləyib.
O: "Bu ölkədə CHP-ə səs verdiyinizi söyləmək nə zamandan bəri cinayət sayılır və [nə zamandan bəri] həkimlik etməyinizə əngəl olur?," - deyə tvit paylaşıb.
Powered by Froala Editor