Qatili olduğu iddia edilən şəxs müdaifəsiz gənc lezbiyanın ailəsini şeytani "lənətdən" xilas etməyi ilə öyünüb

Cənubi Afrikanın LGBTİ+ icması lezbiyan üçün ədalət tələb edib. Onun iddia edilən qatili ailəsindən "lənəti" təmizləməyi ilə öyünüb.

28 yaşlı Sisanda Gumede 26 sentyabr bazar günü axşam Durbanın cənubunda Umbumbulu bölgəsində bıçaqlanıb. O, xəstəxanaya çatdırılarkən yolda faciəvi şəkildə vəfat edib. Polis sözçüsü polkovnik Thembeka Mbele qatilin motivasiyasının hələ də bilinmədiyini söyləyib. Sosial İnkişaf Departamentində çalışan siyasətçi Nonhlanhla Khozanın dediklərinə görə, şübhəli şəxsin gənc lezbiyan qadının qohumlarından biri olduğu iddia edilib.

The South African tərəfindən yayınlanan bəyanatda "Hadisə ilə əlaqəli zorakılıq ehtiva edən məlumatlar yarımçıq olsa da, öldürülən şəxsi ilə [şübhəli arasında] evdə olarkən mübahisə ediblər," deyilib. 

"Gümedenin öldürülməsinə homofobiyanın səbəb olduğu güman edilir, çünki hadisədən sonra [şübhəli] onun ailəsindən lənəti çıxardığı üçün sevinib."

“Cinayət törətməkdə şübhəli bilinən şəxs həbs olunmadığı halda polis vaxt itirməməlidir. Müdafiəsiz bir qadına hücum edənin günahına görə cavab verməsi üçün həbs olunmasını təmin etməliyik."



Powered by Froala Editor