2021-ci ilin translar üçün ən ölümcül il olub
2021-ci ilin translar üçün ən ölümcül il olması faciədir, lakin sürpriz deyil
23/Nov/21
2291
2021-ci ilin translar üçün ən ölümcül il olması faciədir, lakin sürpriz deyil
Keçən həftəsonu ilk dəfə olaraq, yüzlərlə trans həmyerlilərini trans icması üçün insan hüquqlarını tanımağa və transfobiya ilə mübarizə aparmağa çağırmaq üçün Yaponiya küçələrinə çıxıb.
Noyabrın 20-də dörd yüz nəfər Tokiodakı Şinjuku stansiyasının ətrafındakı ərazidən keçərək, əllərində çəhrayı, ağ və mavi trans Qürur bayraqları tutaraq və “Biz trans nifrətinə tolerans göstərmirik” kimi pro-trans mesajlar daşıyan plakatlarla yürüş ediblər.
Tokio yürüşü iki trans fəalı tərəfindən keçən il transfobik zorakılıq nəticəsində həyatını itirən transların xatirəsini yad etmək üçün keçirilən Transların Anım Gününə təsadüf etmək üçün təşkil edilib.
Ölümlə nəticələnən transfobik zorakılığın monitorinqi Trans Cinayətlərin Monitorinqi Layihəsi (TMMP) tərəfindən həyata keçirilib, layihə bu il əvvəlki ilə nisbətdə rekord sayda trans və genderi təyin olunan genderdən fərqli olan insanların 375 ölümünü - hər gün birdən çox insanın öldürüldüyünü və 7 faiz artımını dərc edib.
Powered by Froala Editor