Azərbaycanda yeni repressiya dalğası
Azərbaycanda yeni repressiya dalğası müstəqil medianı, eləcə də hakimiyyəti tənqid edən və yüksək səviyyəli korrupsiyanı ifşa edən jurnalistləri, aktivistləri və siyasətçiləri hədəfə alıb
24/Dec/23
2032
Azərbaycanda yeni repressiya dalğası
Azərbaycanda yeni repressiya dalğası müstəqil medianı, eləcə də hakimiyyəti tənqid edən və yüksək səviyyəli korrupsiyanı ifşa edən jurnalistləri, aktivistləri və siyasətçiləri hədəfə alıb.
23 iyulda Azərbaycanda tanınmış iqtisadçı və siyasətçi Qubad İbadoğlunun həbs olunub. Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
21 sentyabrda İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası sədri Afiəddin Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunub. Afiəddin həmin şəxsin ona hücum etdiyini bildirib, həbsini işçi hüquqları ilə bağlı fəaliyyəti ilə əlaqələndirib. Konfederasiyanın bir neçə üzvü də il boyu həbs edilib, onlara qarşı narkotik ittihamı irəli sürülüb.
Hakimiyyət noyabrın 20-dən bəri ən azı doqquz jurnalisti saxta ittihamlarla məhkəməyə qədər həbs edib.
20 noyabrdan etibarən Azərbaycan gündəmində “Abzas işi” danışılmağa başlanılıb. Əvvəlcə “AbzasMedia”nın direktoru Ülvi Həsənli saxlanılıb, ardınca baş redaktor Sevinc Vaqifqızı. Üç gün xəbər alına bilməyən Məhəmməd Kekalovun da eyni işdə – qaçaqmalçılıqda ittiham olunduğu DİN sözçüsünün “Facebook” şərhi ilə ortaya çıxıb. Hökumət mediası onları “xarici agent” elan edib.
Kanalın digər əməkdaşı Nərgiz Absalamova barəsində də dekabrın 1-də 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hər biri bu ittihamı rədd edib, həbsini peşə fəaliyyətilə əlaqələndirib.
Bu gün yeni yaranan “III Respublika” Platformasının Qurucu Heyət üzvü, eyni zamanda, NİDA Vətəndaş Hərəkatının üzvü olan üniversitet müəllimi Araz Əliyevə 25 sutka inzibati həbs cəzası verildiyi bildirilib.
Powered by Froala Editor