Hələ də hər il yüz minlərlə İİV-lə yaşayan insan ölür
Hələ də hər il yüz minlərlə İİV-lə yaşayan insan ölür və bunun qarşısı tamamilə alına bilər
01/Dec/21
2673
Hələ də hər il yüz minlərlə İİV-lə yaşayan insan ölür və bunun qarşısı tamamilə alına bilər
Tibb sahəsindəki irəliləyişlər sayəsində 20 ildən artıqdır ki, İİV idarə oluna bilən bir xəstəlikdir.
Buna baxmayaraq, dünyada hələ də qorxulu sayda insan QİÇS-dən ölür. UNAIDS-in məlumatına görə, təkcə 2020-ci ildə təxminən 680,000 insan QİÇS ilə əlaqəli xəstəliklərdən ölüb. Keçən il təxminən 1,5 milyon insanın virusa yoluxduğu güman edilir.
Bu ölümlərin qarşısı tamamilə alına bilər – əgər hər kəsə erkən diaqnoz qoyulsa və müalicə oluna bilsəydi, onlar uzun, xoşbəxt ömür yaşaya bilər.
Enn Aslett Elton Con QİÇS Fondunun baş icraçı direktorudur. O deyir ki, qlobal bərabərsizliklər QİÇS epidemiyasının bütün dünyada - hətta xəstəlik və ölümün dayandırıla biləcəyi bir dövrdə də davam etməsi deməkdir.
"Biz qlobal QİÇS epidemiyası sahəsində böyük irəliləyiş əldə edirdik - əlbəttə ki, COVİD bunun ortasına böyük bir bomba atdı", o PinkNewsa deyib.
Antiretrovirus dərmanlar 1990-cı illərdə istifadəyə verilib və bu, İİV diaqnozu qoyulmuş insanların həyatında inqilab edib. Bu gün effektiv müalicə alan insanlar qan dövranında virus yükünü aşkar edilə bilməyəcək səviyyəyə qədər azalda bilər, yəni onlar QİÇS-ə yoluxmayacaqlar və ən başlıcası, hətta prezervativsiz cinsi əlaqə yolu ilə də virusu ötürə bilməzlər.
Nəticə odur ki, İİV əvvəllər olduğu kimi ölüm hökmü demək deyil. İİV-lə yşayan insanların böyük bir hissəsi indi səbirsizliklə gözlədiyi tam ömür müddətinə malikdir - onlar qocalıqda yaxşı yaşaya bilərlər və bunların hamısı antiretrovirus müalicə sayəsindədir.
Powered by Froala Editor