Katolik kilsənin nümayəndələri kollektiv kaminq-aut edib
125 katolik keşişi, icma referenti, müəllim və kilsə administrasiyası əməkdaşı özlərinin LGBTİ+ icmasına mənsub olduqlarını bəyan edib
25/Jan/22
2433
Katolik kilsənin nümayəndələri kollektiv kaminq-aut edib
125 katolik keşişi, icma referenti, müəllim və kilsə administrasiyası əməkdaşı özlərinin LGBTİ+ icmasına mənsub olduqlarını bəyan edib.
Bənzərsiz kollektiv kaminq-aut aksiyasında Almaniyadakı katolik kilsənin 125 nümayəndəsi ictimai şəkildə özlərinin kvir icmaya aid olduqlarını elan edib və kilsədəki əmək hüququna dəyişliklər edilməsini tələb edib. Bu haqda bazar ertəsi, 24 yanvarda dpa xəbər verib. Onlar eləcə də digər katolikləri #OutInChurch təşəbbüsünə qoşulmağa çağırıblar.
Xəbərdə deyilir ki, LGBTİ+ icmasına aid olduqlarını elan edənlər arasında keşişlər, pastor-referentlər və katolik icmanın rəhbərləri, dini məktəblərin müəllimləri, kilsə administrasiyasının əməkdaşları var.
Aksiyada iştirak edənlərin tələbləri
Aksiyada iştirak edənlərin tələbinə əsasən, katolik kilsə seksual oriyentasiya və gender kimliyini işdən çıxarma səbəbi kimi istifadə etməyi dayandırmalıdır, bundan başqa, cins və seksuallıqla bağlı diskreditasiya edici bəyanatlar kilsə təlimindən çıxarılmalıdır.
2021-ci ildə homoseksual cütlüklər üçün xeyir-dua icra edən keşiş Bernd Mönkebyuşerin (Bernd Mönkebüscher) sözlərinə görə, kilsə mühitində kaminq-aut aksiyası ötən ilin nümunəsindən ilhamlanmışdır, həmin vaxt 185 alman aktrisa və aktyoru bəyan edib ki, onlar gey, lezbiyan, biseksual, trans, kvir, interseks və qeyri-binar şəxslərdir.
Kuir icma üzrə hökumətin səlahiyyətlisi
Daha əvvəl, yanvarın 16-ı xəbər verilib ki, Almaniyada tarixdə ilk dəfə olaraq seksual və gender müxtəlifliyinin tətbiqi üzrə federal hökumət səlahiyyətlisi təyin olunub - o, “yaşıllardan” olan bundestaq deputatı Sven Lemandır. Onun fəaliyyət sahəsi LGBTİ+ ilə əlaqədar layihələr üzrə AFR-in nazirlikləri ilə birgə işdir. Bundan başqa, Leman seksual və gender müxtəlifliyi sahəsində milli fəaliyyət planına cavabdeh olacaq.
Katolik kilsə və kuir icma
2021-ci ilin mart ayında Vatikanda İnanc Doktrinası Konqreqasiyası eynicinsli münasibətlərdə “müsbət elementlərin olduğunu” qəbul edib, amma vurğulayıb ki, bu cür münasibətlər yenə də tam şəkildə “kilsə xeyir-duası obyektləri ola bilməzlər”.
2020-ci ilin oktyabrında Drezden-Meysen katolik yeparxiyasının başçısı yepiskop Haynrix Timmerevers (Heinrich Timmerevers) Almaniya katolik kilsəsinə inanclı homoseksuallara və eynicinsli nikahlara münasibətini dəyişməsi üçün çağırış edib.
Powered by Froala Editor