Çin Friends serialında LGBTİ+ süjet xəttini senzura edib

Çin yayın xidmətləri Rossun keçmiş arvadı Carol da daxil olmaqla, LGBTİ+ personajları və süjet xəttini əks etdirən Friends serialının çoxsaylı epizodlarına senzura tətbiq edib.

Tencent, Bilibili, Youku və iQiyi daxil olmaqla bir neçə əsas Çin yayın platforması 11 fevral cümə günü Friends serialının ilk mövsümünü göstərməyə başlayıb.

Bununla belə, ABŞ-ın sevimli sitcom serialının bir neçə epizodu LGBTİ+ personajlarını və kuir kimliklər haqqında olan hekayələri silmək üçün dəyişdirilib. Bu barədə South China Morning Post xəbər verib.

Rossun (David Schwimmer) keçmiş həyat yoldaşı Carol (Anita Barone) haqqında söhbətlər Çin platformalarında yayımlanan epizodlardan silinib.

Serialda Ross Carolun lezbiyan olduğunu anladıqdan sonra ondan boşanıb. Carol başqa bir qadınla evlənib və Rossun oğlu Benin anasıdır.

South China Morning Post serialın ikinci epizodunda lezbiyanlardan birinin qeyd edildiyini, lakin Çin subtitrlərinin onu tərcümə etmədiyini bildirib.

Bundan əlavə, senzorlar Yeni il ərəfəsində Chandler (Matthew Perry) və Joey (Matt LeBlanc) öpüşdüyü səhnəni də siliblər.

Powered by Froala Editor