Quldurluq edən Grindr dəstəsi həbs edilib
Polis "Grindrdə kişiləri şirnikləndirən və bank hesablarını boşaltmağa məcbur edən" dəstəni həbs edib.
16/Feb/22
1178
Polis "Grindrdə kişiləri şirnikləndirən və bank hesablarını boşaltmağa məcbur edən" dəstəni həbs edib
Bir dəstənin Grindrdən 20-yə qədər kuir qurbanı hədəf almaq üçün istifadə etdiyi iddia edilib. Dəstə onlara hücum edərək qarət edib.
Reuters xəbər verir ki, 15 ferval çərşənbə axşamı Hindistanın qərbindəki Qucarat əyalətinin əsas şəhəri Əhmədabadda səlahiyyətlilər üç nəfəri həbs edib.
Polis məmuru JP Jadeja dəstə üzvlərinin döymək və soymaq üçün tənha ərazilərə cəlb etdikləri potensial qurbanları tapmaqda Grindrdən istifadə etdiklərini söyləyib.
Onun sözlərinə görə, bəzi hallarda qurbanları onlara bank köçürmələri göndərməyə məcbur ediblər.
"Həbs edilənlər son dörd ayda eyni üsuldan istifadə edərək ən azı 15 və ya 20 nəfəri qarət etdiklərini etiraf ediblər", - deyə Jadeja bildirib.
Reuters-in məlumatına görə, dəstə qurbanların Grindrdən istifadə etdiklərinə görə ifşa olunacağından qorxaraq onları səlahiyyətlilərə xəbər verməyəcəklərinə inanıb. Lakin qurbanlardan biri dəhşətli görüşdən sonra polisə şikayət edib.
Powered by Froala Editor