Macarıstanda LGBTİ+ hüquqları yenidən təzyiq altında
Macarıstanda LGBTİ+ hüquqları və onları qorumaq üçün işləyən qruplar yenidən təzyiq altındadır.
16/Feb/22
1342
Macarıstanda LGBTİ+ hüquqları yenidən təzyiq altında
Macarıstanda LGBTİ+ hüquqları və onları qorumaq üçün işləyən qruplar yenidən təzyiq altındadır.
Fevralın 1-də Macarıstanda apellyasiya məhkəməsi Labrisz Lesbian Association-a (Labrisz Lezbiyan Dərnəyi) qarşı qərar çıxararaq hökumətə yaxın bir qəzetdə onları pedofillərlə müqayisə edən məqalənin qrupun reputasiyasına xələl gətirmədiyini bildirib. Həmin həftə hakim partiya olan Media Şurasının nəzarətində olan media tənzimləyicisi Macarıstanın aparıcı LGBTİ+ təşkilatı Hatter Tarsasag tərəfindən hazırlanmış LGBT ailələrinin yer aldığı ictimai xidmət reklamı yayımladığına görə müstəqil televiziya olan RTL Klub-u cərimələyib.
2020-ci ildə Labrisz Lesbian Association LGBTİ+ personajları və mövzularını əks etdirən yenidən işlənmiş nağıl kitabı olan “Hamı Üçün Nağıl”-ı nəşr edib. Kitab, “gey təbliğatı” adlandıran siyasətçilərin və kitab mağazalarında qadağan edilməsini istəyən mühafizəkarların homofobik reaksiyalarının hədəfi olub. Daha sonra millət vəkilləri LGBT fərdlərinin məktəb materiallarında və ya gənclər üçün televiziya proqramlarında təsvirini qadağan edən qanunun qəbulu üçün müzakirələrə başlayıblar.
Labrisz işi üzrə məhkəmə qərarı 2021-ci ilin noyabrında LGBTİ+ fəallarının pedofillərlə müqayisəsini həm əsassız, həm də təhqiramiz hesab edən məhkəmə qərarını ləğv edib.
Son illərdə qanunvericilər trans və interseks insanlar üçün cinsin qanuni tanınmasını dayandırdılar və Macarıstan Konstitusiyasına nikahı heteroseksual birlik kimi təyin etmək və eynicinslilərin uşaq övladlığa götürməsini funksional olaraq qadağan etmək üçün düzəlişlər ediblər.
Anti-LGBTİ+ ritorikasını “uşaqların müdafiəsi” kimi qanuniləşdirməyə və öz dəstəyini gücləndirməyə çalışan Macarıstanın hakim partiyası aprelin 3-də LGBTİ+ əleyhinə qanunla bağlı referendum keçirməyi planlaşdırır və təhrif olunmuş suallar ortaya qoyur, məsələn, əhali uşaqlara məktəblərdə və mediada cinsi oriyentasiya və cinsi adaptasiya müalicələri ilə bağlı məlumat verilməsinə razıdırmı.
LGBTİ+ hüquqlarını pedofiliya ilə qarışdırmaq uşaqların hüquqlarını təhlükə altına qoyur. BMT-nin Uşaq Hüquqları Komitəsi və digər insan hüquqları üzrə ekspertlər vurğulayıblar ki, uşaqlara, o cümlədən LGBT uşaqlarına “müvafiq, uyğun və vaxtında” cinsi təhsil verməmək onların məlumat axtarmaq və almaq hüquqlarını, habelə sağlamlıq hüquqlarını təhlükə altına qoyur. Bu, yeniyetmələrin cinsi aktiv olduqları zaman özlərini qoruya bilməməsinə səbəb ola bilər.
Macarıstan hakimiyyəti uşaqların və LGBTİ+lərin hüquqlarını səsvermə üçün irəli sürməməli, onların adından çıxış edənləri susdurmağa çalışmamalıdır.
Mənbə: HRW
Powered by Froala Editor