"Elmi əhəmiyyətli" sıçrayışda ilk dəfə bir qadın İİV-dən "müalicə olunub"

Bir qadın bir zamanlar ölümcül sayılan virusla mübarizədə “vacib” irəliləyişlə ilk dəfə İİV-dən sağalıb.

Qarışıq irqdən olan qadın İİV-dən sağalmış üçüncü şəxs olacaq.

15 fevral çərşənbə axşamı elm adamları kök hüceyrə transplantasiyasını ehtiva edən metodun gələcəkdə daha çox fərqli irqdən olan insanların virusdan sağalmasına səbəb ola biləcəyini açıqlayıblar. Bu barədə New York Times xəbər verib.

San Fransisko QİÇS üzrə mütəxəssisi, Kaliforniya Universitetinin doktoru Stiven Diks: "Onun qarışıq-irqli və qadın olması elmi cəhətdən əhəmiyyətli və cəmiyyətə təsir baxımından həqiqətən vacibdir", deyib.

Qadına 2013-cü ildə HİV diaqnozu qoyulub. O, həmçinin leykemiyadan əziyyət çəkib və xərçəngin müalicəsi üçün göbəkbağı qanı alıb.

Qadın həmçinin transplantasiya qərarlaşdığı zaman bədəninin immun sistemini müvəqqəti olaraq gücləndirmək üçün qohumundan qan alıb.


Powered by Froala Editor