Məişət zorakılığı sosial bəla kimi və Yerli qanunvericilik.
MİL Şəbəkəsi maraqlanan şəxsləri məişət zorakılığı barədə tədbirə dəvət edir.
13/Feb/19
3552
Rövşanə Rəhimli, məişət zorakılığı sahəsində ixtisaslaşmış praktik hüquqşünas-ekspert, uzun illər ərzində qadın haqları sahəsində çalışmış. Women's Bar Association-da (Qadın Haqları Assosiasiyasında) İdarə Heyətinin üzvü olmuş, qadınlara, o cümlədən regionlarda yaşayan məişət zorakılığının qurbanlarına pulsuz hüquqi yardım göstərmişdir. ABŞ-da bu mövzuda mübadilə proqramında iştirak etmiş, həmçinin Qadın Haqları Akademiyasında məişət zorakılığı mövzusunda tədris proqramını uğurla sona vurmuş, proqram çərçivəsində bir sıra Avropa ölkələrində təcrübə keçmişdir. Birləşmiş Millətlər Təşkilatında (BMT-də) Azərbaycanda qadınların hüquqi vəziyyəti ilə bağlı çıxış edib.
Mövzu: "Məişət zorakılığı sosial bəla kimi"
Ekspertimiz görüşümüz zamanı məişət zorakılığının qurbanı olan qadınlar, onların hekayələri və düşdükləri çətin vəziyyətdə onlara göstərilmiş hüquqi yardımın təfsilatları barədə məlumat verəcək. Yerli qanunvericilikdə mövcud olan və bu cür situasiyalarda tətbiqi mümkün və səmərəli mexanizmlərdən söhbət açacaq, məlumat sorğusu necə yazılır və s. barədə praktik tövsiyyələrini verəcək.
Tarix: 23 fevral 2019
Saat: 16:00
Məkan: Baku IdeaLab