“Eurovision” Rusiyanın iştirakına qadağa qoyub
“Eurovision” Rusiyanın 2022-ci il müsabiqəsində iştirakına qadağa qoyub
26/Feb/22
2222
“Eurovision” Rusiyanın 2022-ci il müsabiqəsində iştirakına qadağa qoyub
“Eurovision” təşkilatçıları Ukraynanın işğalından sonra Rusiyanın bu il müsabiqədə iştirakına icazə vermək qərarından geri çəkiliblər.
24 Fevral cümə axşamı Eurovision rəhbərləri Rusiyanın hələ də çox populyar olan müsabiqəyə iştirakçı göndərməsinə icazə veriləcəyini bildirməsi geniş əks-səda doğurub. Bu açıqlama Rusiyanın Ukraynaya qarşı “tam miqyaslı işğala” başlamasından bir neçə saat sonra gəlib və beynəlxalq etirazlara səbəb olub.
Eurovision Mahnı Müsabiqəsini hazırlayan Avropa Yayım Birliyi (EBU) 25 fevral cümə günü Rusiyanın iştirakına icazə verilməyəcəyini elan edib.
Birlik bildirib ki, idarə heyəti bu qərarı rəhbər orqanından tövsiyə aldıqdan sonra qəbul edib.
EBU-nun bəyanatında bu tövsiyənin “tədbirin qaydalarına və EBU-nun dəyərlərinə əsaslandığı” qeyd olunub.
Powered by Froala Editor