Türkiyə: altı partiya LGBTİ+ hüquqları deyə bilməyib
Türkiyədə altı partiyanın birgə “Gücləndirilmiş Parlament Sistemi” anlaşma memorandumu imzalanıb
28/Feb/22
1129
Altı partiya birləşib, LGBTİ+ hüquqları deyə bilməyib
Türkiyədə altı partiyanın birgə “Gücləndirilmiş Parlament Sistemi” anlaşma memorandumu imzalanıb. 48 səhifəlik mətndə LGBTİ+ hüquqlarının olmadığı halda; LGBTİ+ təşkilatları da tədbirə dəvət edilməyib.
CHP, İyi Parti, Saadet Partisi, Gelecek Partisi, Demokrat Parti və DEVA Partiyasının "Gücləndirilmiş Parlament Sistemi" işində razılaşdıqları Anlaşma Memorandumu bu gün 28 fevral Ankara Bilkent otelində keçirilən tədbirdə açıqlanıb.
Memorandumda LGBTİ+ təşkilatlarından başqa “hər kəs” qeyd olunub.
CHP lideri Kamal Kılıçdaroğlu, İyi Parti sədri Meral Akşener, Saadet Partiyasının sədri Temel Karamollaoğlu, Gələcək Partiyasının sədri Ahmet Davudoğlu, Demokrat Partiyasının sədri Gültekin Uysal, DEVA Partiyasının sədri Ali Babacanın iştirak etdiyi tədbirdə partiyaların sədr müavinləri anlaşma memorandumunu açıqlayıb.
Siyasi partiya, vətəndaş cəmiyyəti nümayəndələri və akademiklərin də iştirak etdiyi 700 nəfərlik mərasimə heç bir LGBTİ+ təşkilatı dəvət olunmayıb.
Mətnin əsas hüquq və azadlıqlar ilə əlaqəli bölməsində “dil, din, məzhəb, irq, gender, siyasi və sosial mənsubiyyət” qeyd edilərkən seksual oriyentasiya və gender kimliyindən bəhs olunmayıb.
Əsas hüquq və azadlıqlarla bağlı 7 əsas başlıq sıralanıb. Bu mövzular arasına LGBTİ+ hüquqları daxil edilməyib. Memoradumun mətnindəki başlıqlar aşağıdakılardır:
- Fikir və İfadə, Sərbəst Toplaşma, Nümayişlər və Birliklər Azadlığı
- Din və Vicdan Azadlığı
- Qadın Hüquqları
- Mətbuat azadlığı
- Vətəndaş cəmiyyəti
- Sosial hüquqlar
- Ətraf Mühit Hüquqları və Dayanıqlılıq
Powered by Froala Editor