Ukrayna: “İnsanlar dolaba qayıtmır”
“İnsanlar dolaba qayıtmır”: Ukrayna uğrunda mübarizə həm də LGBTİ+ hüquqları uğrunda mübarizədir
07/Mar/22
1505
“İnsanlar dolaba qayıtmır”: Ukrayna uğrunda mübarizə həm də LGBTİ+ hüquqları uğrunda mübarizədir
Vladimir Putinin LGBTİ+ hüquqlarına hücumu onu qlobal ifrat sağçı qəhrəmana və Ukraynada pariyaya çevirib. İşğalın ikinci həftəsində də kuir ukraynalılar işğala qarşı mübaribə aparır.
Müharibənin yeddinci günündə Olena Şevçenko Facebook-da ümidsizlik mesajı yazıb.
LGBTİ+ Insight təşkilatına rəhbərlik edən Şevçenko təkcə Kiyevin mərkəzindəki bomba partlayışlarını hiss edərək şəhərinin dağıdılmasını seyr edərkən ürək ağrısını dilə gətirməyib. Yaxud Rusiyanın işğalı perspektivinin onun və digər kuir fəallar üçün nə məna kəsb edə biləcəyindən qorxmayıb. O, bu mesajda LGBTİ+ hüquqları, Ukraynanın öz müqəddəratını təyinetmə və demokratiya uğrunda illər boyu mübarizə apardığı bütün vasitələrin faydasız olub-olmadığını sorğulayaraq inamını itirmiş kimi səslənib.
"Sabah və ya biri gün nə olacağını bilmirəm, bildiyim yeganə şey budur ki, bu dünya bərbad vəziyyətdədir, beynəlxalq strukturlar təsirli deyil", - deyə qeyd edib. "Bu poxu dayandıra biləcək heç bir sistem yoxdur."
Vladimir Putin Ukraynanı Avropadan qoparmaq üçün kampaniyaya başladığı andan LGBTİ+lər Ukraynanın gələcəyi ilə bağlı çəkişmənin mərkəzində olublar.
Powered by Froala Editor