“Fədakar” trans kişi işdən evə gedərkən öldürülüb

“Gününü dəyişə biləcək təbəssümü” olan gənc trans kişi işdən evə gedərkən avtomobil qəzası nəticəsində həlak olub.

21 yaşlı Matthew Angelo Spampinato fevralın 9-da axşam Delaver ştatının Nyu-Kasl şəhərində Hares Corner Starbucks kofeşopundakı işindən evinə doğru yola çıxıb. 

O, Starbucksdan evinə qayıdarkən 237 saylı Dövlət Marşrutu ilə adi yolu ilə irəliləyin. Delaware News jurnalının məlumatına görə, o, Quigley Bulvarı ilə kəsişməyə çatarkən qəzada həlak olub. 

Delaver Ştat Polisinin sözçüsü xəbər agentliyinə bildirib ki, müstəntiqlərdə onu öldürən sürücü ilə bağlı yeni məlumatlar əldə olunmayıb.

Spampinatonun qohumu Morgan Hanners Delaware News jurnalına bildirib ki, o, Georgia ştatında böyüyüb, lakin həmişə bir gün cənubdan köçməyi planlaşdırıb.

"O, çox inadkar idi",-  deyə Hanners xatırlayıb. "O, əgər nəyəsə qərar verirdisə, ardıyca gedərdi."

Spampinatonun iş yoldaşlarından Samantha Strothmann trans kişinin Hares Corner Starbucksın oktyabr ayında açıldıqdan sonra yeni işə ilk qəbul edilənlərdən biri olduğunu söyləyib.

Növbələri üst-üstə düşəndə Strothmann ona kömək etdiyini xatırlayıb və Spampinatonu "fədakar" insan kimi təsvir edib.



Powered by Froala Editor