ABŞ-da daha bir trans qadın öldürülüb
Daha yaxşı həyat axtarışında ABŞ-a qaçan qadın 2022-ci ildə ABŞ-da öldürülən altıncı trans olub
12/Mar/22
1346
Daha yaxşı həyat axtarışında ABŞ-a qaçan qadın 2022-ci ildə ABŞ-da öldürülən altıncı trans olub
Daha yaxşı həyat axtarışı ilə Hondurasdan Texasa qaçan qadın 2022-ci ildə ABŞ-da öldürülən altıncı trans olub.
Transfobik zorakılıqdan sığınan mübariz fəal Paloma Vázquezin özü ekspertlərin “zorakılıq epidemiyası” kimi təsvir etdiyi hadisələrin son qurbanı olub.
Qorxusuz bir həyat arzulayan 29 yaşlı qadın fevralın 26-da Hyustondakı Dunlap və Klervud küçəsindəki mənzilində güllələnərək öldürülüb.
Hyuston Polis Departamentinin məlumatına görə, məmurlar axşam saat 8 radələrində gəldiyi zaman mülkün qapısı heç bir məcburi giriş əlaməti olmadan açıq halda olub. O, sevgilisi tərəfindən aşkar edilib və səhər saatlarından ölü olduğu məlum olub.
Vázquez təxminən altı ay əvvəl Texasa mühacirət edib, dostları ABC 13 ilə söhbətlərində xatırlayıb. Biri onun yeni mənzilinə təzəcə köçdüyünü, "bəzəməkdən çox həyəcanlandığı" yada salıb.
Dostu Gia Pacheco, "Latın Amerikasından buraya gələn trans qadınların əksəriyyətiöz ölkələrində öldürülməkdən qorxduqları üçün buradadırlar", - deyə bildirib.
“Nə zaman bir trans öldürülsə, o, trans olduğü üçün öldürülür.”
Regional informasiya şəbəkəsi olan Sin Violencia LGBTİ-nin məlumatına görə, 2014-cü ildən 2020-ci ilə qədər Latın Amerikasında 1100-dən çox trans və qeyri-binar əhali öldürülüb. Hondurasda ən azı 208 LGBTİ+ öldürülüb.
Powered by Froala Editor