Cənubi Afrikada lezbiyan aktivist vəhşicəsinə öldürülüb
Lezbiyan aktivist kişinin seksual təkliflərini rədd etdikdən sonra vəhşicəsinə bıçaqlanaraq öldürülüb
19/Mar/22
1539
Cənubi Afrikada lezbiyan aktivist vəhşicəsinə öldürülüb
Lezbiyan aktivist kişinin seksual təkliflərini rədd etdikdən sonra vəhşicəsinə bıçaqlanaraq öldürülüb.
Cənubi Afrikanın Umlazi şəhərində gənc lezbiyan qadın bir kişinin seksual təkliflərini rədd etdikdən sonra bıçaqlanaraq öldürülüb və hadisə yerli icmanı "çox narahat edib".
IOL Daily News xəbər verir ki, 32 yaşlı Pinky Shongwe yerli mağazaya gedərkən "naməlum" bir kişinin onu arzuolunmaz təkliflərlə təqib etməsindən sonra bıçaqlanaraq öldürülüb.
Umlazi polisinin sözçüsü, polkovnik-leytenant Nqobile Gwala işin hazırda qətl kimi araşdırıldığını söyləyib.
“O, yolda yatmış vəziyyətdə tapılıb və xəstəxanaya aparılıb və orada aldığı xəsarətlərdən xəstəxanaya çatdırıldıqda keçinib. Qətlin motivi məlum deyil və məsələ hələ də araşdırılır”, - deyə Gwala bildirib.
KwaZulu-Natal Sosial İnkişaf mərkəzinin sözçüsü bölgədə LGBTİ+ bərabərliyi üçün bir neçə maarifləndirmə kampaniyasından sonra hadisə barədə eşitdərkən "narahat olduğunu" söyləyib.
Mhlaba Memela IOL Daily News xəbər agentliyinə deyib: “Daha bir lezbiyan qadının vəhşicəsinə öldürülməsini eşitmək bizi çox narahat edir.”
“Bizim departamentimiz insanlara geylər və lezbiyanları qəbul etməyi və onlarla yan-yana yaşamağı öyrətmək üçün bir çox ictimai maarifləndirmə kampaniyası apardıqdan sonra qəzəbliyik. Biz insanlara gey və lezbiyan hüquqlarının konstitusiya ilə qorunduğunu deyirik.”
"Biz inanırıq ki, məhkəmələrimizin bu zorakılığa fərqli yanaşmağa başlamasının və günahkarlara hökm çıxararkən yumşaq davranmamasının vaxtıdır."
Powered by Froala Editor