İraqda LGBTİ+lər zorlanır və qətlə yetirilir
Hesabatda İraq silahlı qüvvələri LGBTİ+ləri zorladığı, işgəncə verdiyi və qətlə yetirdiyi deyilib
25/Mar/22
1405
Hesabatda İraq silahlı qüvvələri LGBTİ+ləri zorladığı, işgəncə verdiyi və qətlə yetirdiyi deyilib
Yeni hesabata əsasən, İraqda LGBTİ+lər polis və təhlükəsizlik qüvvələri də daxil olmaqla silahlı qruplar tərəfindən ovlanır, oğurlanır, işgəncələrə məruz qalır, zorlanır və öldürülür.
İraqın LGBTİ+ hüquqlarını müdafiə edən IraQueer qrupu tərəfindən dəstəklənən Human Rights Watchun hesabatına iraqlı LGBTİ+lərlə, həmçinin LGBTİ+lərin silahlı qrupları tərəfindən öldürülməsi və oğurlanmasının altı şahidi ilə 54 müsahibə daxil edilib.
Hesabata görə, LGBTİ+lərə qarşı hücumlar polis, hökumətin təhlükəsizlik qüvvələri və iraqlı kuirləri ovlamaq və onlara hücum etmək üçün dövlət tərəfindən dəstəklənən silahlı qruplar tərəfindən törədilib.
Hesabatda müsahibə edilən 54 nəfərdən səkkizi adam oğurluğu, səkkiz adam öldürməyə cəhd, dörd məhkəmədənkənar adam öldürmə, 27 seksual zorakılıq, o cümlədən qrup şəklində zorlama — 45 zorlama və öldürməklə hədələmə, 42 nəfəri onlayn hədəfə alma hadisəsi qeydə alınıb. Hadisələri törədən şəxslər özlərini İraqda LGBTİ+lərə qarşı silahlı qrupların üzvləri kimi tanıdıb.
Bu hallardan səkkizində zorakılıqlar 15 yaşından kiçik LGBTİ+ uşaqlara qarşı olub.
Human Rights Watch deyib: “İraqda saç düzümü, moda anlayışı və ya cilalanmış dırnaqlar ölüm hökmünə bərabər ola bilər. 2005-ci ildən bəri İraq silahlı qüvvələri LGBT+ kimi qeyd olunan şəxslərə qarşı ilk növbədə onların görünüşünə və eynicinsli davranışa “şübhəsinə” görə hücumlar təşkil edir.
İraq silahlı qüvvələri tərəfindən LGBT+ şəxslərin və LGBT+ kimi qəbul edilənlərin oğurlanması, işgəncəyə məruz qalması və öldürülməsi halları təkrarlansa da, hökumət rəsmiləri məsuliyyətdən qaçaraq, bunun əvəzinə bu zorakı silahlı qüvvələrin mənəvi və dini ənənlərin müdafiəçisi kimi dayandıqlarını iddia ediblər.”
Powered by Froala Editor