“Parlaq təbəssümlü” trans yeniyetmə “dəhşətli faciədə” öz atası tərəfindən öldürülüb

ABŞ-ın Georgia ştatında trans yeniyetmə öz atası tərəfindən güllələnərək öldürülüb və bu, "dəhşətli faciə" kimi təsvir edilib.

19 yaşlı Kathryn "Katie" Newhouse, martın 19-da öldürülüb, Cherokee County Polisinin əməkdaşları həm onu, həm də atası 57 yaşlı Howard Newhouse-u evlərində ölü tapıblar.

Newhouse-un ölümü ilə bağlı bloq yazısı yazan Pittsburgh Lesbian Correspondents-ə görə, yeniyetmə "Minecraft və UberSpire həvəskarı, trans hüquqlarının müdafiəçisi" və "parlaq təbəssümlü" biri olub.

Bloq yazıs belə davam edib: “ Illinois ştatından olan Kathryn ən son ailəsi ilə birlikdə Georgia ştatının Canton şəhərində yaşayıb.”

“Ketrin Minecraft və UberSpire həvəskarı idi, trans hüquqlarının müdafiəçisi idi, parlaq təbəssümü vardı, saç düzümlərini dəyişməkdən həzz alırdı və dünyada baş verən hadisələrə diqqət yetirirdi.”

2013-cü ildən bəri qəddarlıq dalğasını izləyən İnsan Hüquqları Kampaniyasına (HRC) görə, 2022-ci ildə ABŞ-da ən azı altı başqa trans, qeyri-binar və genderi uyğun olmayan (gender-conforming) insan zorakılıqla öldürülüb.



Powered by Froala Editor