Lezbiyan seks qadağaları ilk dəfə olaraq BMT tərəfindən insan hüquqlarının pozulması elan edilib

BMT lezbiyan cinsi əlaqənin kriminallaşdırılmasının insan hüquqlarının pozulması olduğunu bəyan edən ilk beynəlxalq hüquq orqanı olub.

Çərşənbə günü martın 23-də BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi Konvensiyası (CEDAW) Şri-Lankanın lezbiyan cinsi əlaqəsinin qadağasının əleyhinə qərar verib, yəni ilk dəfə olaraq belə qadağalar beynəlxalq hüquqa zidd elan olunub.

Şri Lankada cinayət məcəlləsinin müstəmləkə dövrünə aid 365-ci maddəsi “təbiətin nizamına zidd cismani əlaqəni” qadağan edir və cinayət 10 ilə qədər həbs cəzası və pul cəzası ilə cəzalandırıla bilər.

Məcəllənin eyni bölməsi həmçinin “hər hansı kobud ədəbsiz hərəkəti”  iki ilə qədər həbs cəzası və cərimə ilə qadağan edir.

Çox vaxt homoseksuallığı kriminallaşdıran qanunların əksəriyyətinin kişilər arasında cinsi əlaqəyə təsir etdiyi güman edilsə də, Şri Lanka qadınlar arasında eynicinsli cinsi əlaqəni də cinayət hesab edən 34 ölkədən biridir.

İş CEDAW-a lezbiyan və LGBTİ+ hüquq müdafiəçisi Rosanna Flamer-Kaldera tərəfindən qaldırılıb və o, qanunun onun ayrı-seçkilikdən azad yaşamaq hüququnu pozduğunu iddia edib.

BMT komitəsi qərar verib ki, “Şri-Lankada qadınlar arasında eynicinsli cinsi əlaqələrin kriminallaşdırılması bu kontesktdə Flamer-Kalderanın partnyor tapmaqda çətinlik çəkməsi, münasibətlərini gizlətmək məcburiyyətində qalması və istintaqa cəlb olunma riski ilə üzləşməsi deməkdir”.



Powered by Froala Editor