Wonderzine portalı LGBTİ+ yazılarına görə bloklanıb

Bu gün, aprelin 7-si Rusiyanın tanınmış feminist portalı olan Wonderzine Roskomnadzor tərəfindən bloklanıb. Bu haqda Wonderzine özü məlumat verib. 

Saytda bildirilir ki, onlar “Rusiya Federasiyası ərazisində yayımlanması qadağan edilmiş informasiyalar ehtiva edən” saytların reyestrinə daxil edildikləri barədə bildiriş alıblar. Rəsmi olaraq, bu qadağanın səbəbi Rosmolodyojun (Gənclərin İşi üzrə Federal Agentlik) LGBTİ+ haqqında 7 məqalənin silinməsi tələbi ilə şikayət verməsi olub.

Wonderzine qeyd edib ki, Roskomnadzorun əməlini qeyd-şərtsiz senzura aktı hesab edir və bu qərardan şikayət verərək, saytın fəaliyyətini davam etdirməyi planlaşdırır. 



Powered by Froala Editor