Həyati əhəmiyyətli səhiyyə xidmətlərindən istifadə etmək üçün mübarizə aparan ukraynalı translar: "Bizim dərman və hormonlara ehtiyacımız var"

Ukraynada trans qadın Rusiya işğalının davam etdiyi müddətdə icmanın əsas səhiyyə xidmətlərindən istifadə etməkdə çətinlik çəkdiyini söyləyib.

Ukraynada translar üçün fəaliyyət göstərən Kohort qeyri-hökumət təşkilatının direktoru Anastasiya ölkədə qalmağı seçib - baxmayaraq ki, bir çox transın bu seçimi onlardan əllərindən alınıb və ölkəni tərk edə bilməyiblər.

"İnsanlara kömək etmək fürsəti mənə güc verib," - deyə Anastasiya Gaydio radiosunun aparıcıları Dave Cooper və Paris Munroya söyləyib.

O, bir çox trans qadının pasportlarında kişi gender markerləri olduğu üçün ölkəni tərk edə bilmədiyini bildirib. O, eyni şeyin cis kuir kişilər və bəzi intersekslər üçün də keçərli olduğunu deyib.

Gaydio tərəfindən icmanın nəyə ehtiyacı olduğunu soruşulduqda, Anastasiya: "Bizə dərman və hormonlar lazımdır," - deyə cavab verib. 

Rusiya barbar işğal zamanı uşaq xəstəxanaları da daxil olmaqla, xəstəxanaları və digər səhiyyə müəssisələrini hədəfə alıb.



Powered by Froala Editor