Hökumətdən "mədəniyyət müharibəsi qəddarlığı"
Tori hökuməti polisin trans cinayət qurbanlarının əksəriyyətini "misgender" etməsini istəyib: "Daha çox mədəniyyət müharibəsi qəddarlığı"
14/Apr/22
1639
Tori hökuməti polisin trans cinayət qurbanlarının əksəriyyətini "misgender" etməsini istəyib: "Daha çox mədəniyyət müharibəsi qəddarlığı"
Hökumət İngiltərə və Uels polisindən trans cinayət qurbanlarını doğum şəhadətnamələrində qeyd olunan cinslərə görə qeyd etməyi istəyib.
Böyük Britaniyada "qanuni cins" anlayışı aydın deyil, baxmayaraq ki, bu, çox vaxt bir insanın doğum şəhadətnaməsində qeyd olunan cins kimi düşünülür və Genderin Tanınması Sertifikatı (GRC) ilə dəyişdirilə bilər.
GRC əldə etmək usandırıcı və çətin proses olduğundan, Böyük Britaniyada transların yüzdə birindən azında belə bir sənədin olduğu bildirilib. Sistem qeyri-binar insanlar üçün hüquqi tanınma təklif etməyib.
Daxili İşlər Nazirliyinin yeni təlimatı polisdən rəsmi statistikada trans və qeyri-binar cinayət qurbanlarını qeyd edərkən cinsin bu tərifindən istifadə etməyi istəyib - bu, böyük əksəriyyətin effektiv şəkildə misgender olunacağı deməkdir. Təlimatın şübhəli şəxslərə də aid olduğunu bildirilib.
Hal-hazırda könüllü olan təlimat translara qarşı olan Keep Prisons Single Sex (Həbsxanaları Tək-cinsli Saxlayın) qrupunun təqdim etdiyi İnformasiya Azadlığı sorğusu ilə açıqlanıb.
Qrup təlimatın bir qələbə olduğunu iddia edərək, "kişi təcavüzkarların polis cinayətləri statistikasında artıq qadın kimi qeyd edilməyəcəyini" təkid edib.
The Independent agentliyinin verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin sözçüsü təlimatın 2023-cü ilin aprelinə qədər məcburi ola biləcəyini söyləyib.
Powered by Froala Editor