Reqbi komandasının təsisçisi cinsi istismar ittihamı ilə üzləşib
Şimali İrlandiyanın ilk LGBTİ+ reqbi komandasının təsisçisi cinsi istismar ittihamı ilə üzləşib
05/May/22
1854
Şimali İrlandiyanın ilk LGBTİ+ reqbi komandasının təsisçisi cinsi istismar ittihamı ilə üzləşib
Şimali İrlandiyanın ilk LGBTİ+ reqbi komandasının təsisçisi Kevin Bartlett iddia olunan iki qurbanı tərəfindən cinsi istismarda günahlandırılıb.
Bartlett ilk iddia edilən qurbanla bağlı iki ittihamla üzləşib - kişiyə cinsi təcavüz və onun razılığı olmadan cinsi əlaqəyə girmə. Cinayətlərin 2020-ci ilin dekabrında baş verdiyi iddia edilib. İttihamlar irəli sürüləndə o, hər iki maddə üzrə özünü təqsirli bilməyib.
Lakin 27 aprel çərşənbə günü Antrim Məhkəməsi ikinci iddia edilən qurbanın dinləməsini keçirib.
Bu halda, ittihamlara 2020-ci ilin fevral-iyun ayları arasında baş verdiyi iddia edilən beş cinsi zorakılıq daxil edilib, yəni Belfast Telegraph agentliyinə görə, o, indi ümumilikdə doqquz ittihamla üzləşib.
Hazırda Bartlettə qarşı bütün doqquz ittihamı özündə əks etdirən yeni ittiham aktı hazırlanıb.
61 yaşlı idman masaj terapevti Bartlett Şimali İrlandiyanın ilk LGBTİ+ reqbi komandası olan Belfast Azlansı təsis edib.
O, özü də idmançı olub, atletika, badminton və reqbi üzrə yarışıb və 1990-cı ildə Vankuverdə keçirilən Gey Oyunlarından evə qızıl medal gətirib.
Powered by Froala Editor