İzmirdə polis yüksək səs-küy bəhanəsi ilə trans qadınların evinə gözyaşardıcı qaz sıxıb

3 may İzmirdə trans qadınlara qarşı polis zorakılığı: yüksək səs bəhanəsi ilə döymə, bibər qazı, təcili yardımın girməsinə mane olma

3 mayda Polis səs-küy şikayəti əsasında Alsancak ərazisində 1463 küçəsində seks işçisi trans qadınların yaşayıb işlədiyi yerə gəlib. Maşından düşən polislər yüksək səs şikayətləri ilə gəlsə də, ilk olaraq küçədəki insanları qovaraq ərazini boşaldıblar. 

Trans qadınların yaşadığı evlərdən birinə gələrək küçədə işləyən qadınlardan birini zorla aşağı endirməyə çalışan polisə həmin küçədə yaşayan digər trans qadınlar reaksiya veriblər. Seks işçisi olan qadınlar polisə şikayət varsa, qeydiyyatın aparılmasını söyləyib. 

Polis videonu çəkənlərə hücum edərək evin içərisinə bibər qazı sıxıb, təcili yardımın girişini bağlayıb.

Trans qadınlar hadisəni videoya çəkməyə başladıqdan sonra polis qadınlara hücum edib. Qadınlardan birinin arxasınca qaçaraq evə daxil olan polis qadınları döyərək evin içərisinə bibər qazı sıxıb. 

Polisin hücumuna məruz qalan trans qadınlardan biri diabet xəstəsi olub və insulinini qəbul etmədiyi üçün diabetik komaya düşüb. Hücum səbəbiylə başqa bir trans qadın da panik atak keçirib. Trans qadınlara tibbi yardım göstərmək üçün hadisə yerinə çağırılan təcili yardım polisin blokadası səbəbindən bir müddət küçəyə girə bilməyib.

Küçədə yaşayan trans qadınların vəkili Sena Yazıbağlı 5 qadına polis hücumu xəbəri aldığını və prokurorluğa gedərək şikayət edəcəklərini bildirib.



Powered by Froala Editor