ILGA Avropa Rainbow Europe 2022 yayınlayıb
ILGA Avropa Rainbow Europe 2022 hesabatını yayınlayıb
17/May/22
1780
ILGA Avropa Rainbow Europe 2022 yayınlayıb
12 mayda nəşr olunan, 49 Avropa ölkəsində LGBTİ+lərin hüquqi və siyasi vəziyyətini sıralayan ILGA-Avropanın illik Rainbow Europe Map and Index - Göy qurşağı Avropa Xəritəsi və İndeksi son 12 ay ərzində LGBTİ hüquqları ətrafında mövcud olan boşluqları doldurmaq və standartları gücləndirmək üçün yeni bir dinamikanın meydana çıxdığını qeyd edib.
Builki xəritədə qeyd edilən əsas tapıntılar:
Danimarka yeddi pillə irəliləyərək 2022-ci il reytinqində ikinci yeri tutub. Danimarkanın sıçrayışının səbəbi səhiyyə, təhsil, məşğulluq, əmtəə və xidmətləri əhatə edən bərabər rəftar qanunu da daxil olmaqla, mövcud qanunvericilikdə ayrı-seçkiliyə qarşı boşluqların doldurulmasında liderliyi üzərinə götürməsi və cinayət məcəlləsində seksual oriyentasiya, gender kimliyi, gender ifadəsi və cinsi xüsusiyyətlərinin nifrət cinayətinə ağırlaşdırıcı amillər kimi daxil edilməsi olub.
Bir neçə ölkə insanların yaşadığı reallıqları lazımi şəkildə tanıyaraq və müdafiə edərək bərabərlik üçün irəliləyib. İslandiya digər göstəricilər arasında şəffaf valideynliyin qanunvericiliklə tanınmasına görə xallara layiq görülüb, Almaniya interseks genital orqanlarının təhrif edilməsinə qadağa tətbiq edib və Fransa seksual oriyentasiya və gender kimliyinə əsaslanan "konversiya terapiyasını" adlanan işgəncəni qadağan edib.
İllərdir dalana dirəndikdən sonra Yunanıstan, Latviya, Litva, Serbiya, Slovakiya və Sloveniyada Avropada LGBTİ+ hüquqlarına dair Şərq/Qərb bölünməsinin olması ilə bağlı rəvayətlərə qarşı çıxan müsbət qanunvericilik hərəkatı bu ölkələrin hökumətlərinə qanunların qəbul edilməsi və həyata keçirilməsi yolu ilə demokratiyanın əsasını təşkil edəcək güclü imkanlar təqdim edib.
Təəssüflər olsun ki, ölkələrin təxminən yarısında ayrı-seçkilik və zorakılığa qarşı fundamental müdafiə baxımından əhəmiyyətli boşluqlar qalmaqdadır. Hazırda 49 ölkədən 20-də hələ də seksual oriyentasiyaya əsaslanan nifrət cinayətlərinə qarşı, 28 ölkədə isə gender kimliyinə əsaslanan zorakılığa qarşı heç bir müdafiə yoxdur.
Hesabat necə hazırlanıb
Hesabat hazırlanarkən bərabərlik və ayrı-seçkiliyin olmaması, ailə, nifrət cinayəti və nifrət nitqi, genderin qanuni tanınması, intersekslərin bədən bütövlüyü, vətəndaş cəmiyyəti sahəsi və sığınacaq kimi meyarlar qiymətləndirilib.
Ardıcıl yeddinci ildir ki, Malta 92% balla Göy qurşağı Avropa Xəritəsində bir nömrəli yeri tutmağa davam edib. 74 faizlə Danimarka hazırda ikinci yeri tutub. Bu, nifrət cinayətinə və bərabər rəftar qanunvericiliyinə edilən düzəlişlər hesabına yeddi pillə yüksəliş sayəsində baş verib. Üçüncü yerdə 72 faizlə Belçika qərarlaşıb.
Göy qurşağı Avropa şkalasının o biri ucunda yer alan üç ölkə isə son iki ildə olduğu kimi Azərbaycan (2%), Türkiyə (4%) və Ermənistan (8%) olub.
Qeyd edək ki, Azərbaycan 2015-ci ildən bəri ILGA Avropa Rainbow Europe xəritəsində sonuncu yerdə qərarlaşıb. Hesabatın Azərbaycan səhifəsinə buradan keçid edə bilərsiniz.
Powered by Froala Editor