Britaniya səfirliyi LGBTİ+ bayrağı dalğalandırıb
Bu gün 17 may İDAHOBİT Gününün qeyd olunması münasibətilə Britaniyanın Azərbaycandakı səfirliyi LGBTİ+ bayrağı dalğalandırıb
17/May/22
2012
Britaniya səfirliyi LGBTİ+ bayrağı dalğalandırıb
Bu gün 17 may Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya və İnterfobiyaya qarşı Mübarizə Gününün qeyd olunması münasibətilə Britaniyanın Azərbaycandakı səfirliyi LGBTİ+ bayrağı dalğalandırıb.
Səfirlik öz Facebook səhifəsində bunları qeyd edib:
“Britaniya səfirliyində LGBT+ bayrağını qürurla dalğalandıraraq Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Mübarizə Gününü qeyd edirik. Kim olduğuna və ya kimi sevdiyinə görə heç bir şəxs nifrət və zorakılıqla üzləşməməlidir. Böyük Britaniya LGBT+ hüquqlarını beynəlxalq səviyyədə müdafiə etməyə davam edir.”
Qeyd edək ki, artıq bir neçə ildir ki, Britaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya və İnterfobiyaya qarşı Mübarizə Gününü qeyd edərək, Landmark binası qarşısında LGBTİ+ bayrağı dalğalandırır.
Powered by Froala Editor