LGBTİ+ fəalları cinayət şikayəti edib
LGBTİ+ fəalları Eskişehirdə qətliam çağırışı ilə bağlı cinayət şikayəti edib
18/May/22
1468
LGBTİ+ fəalları Eskişehirdə qətliam çağırışı ilə bağlı cinayət şikayəti edib
“Bu gün biz qətliam çağırışları ilə qətl hazırlayanlara qarşı cinayət şikayəti edirik. Təqsirkarların və onları müdafiə edənlərin cəzalandırılması üçün əlimizdən gələni edəcəyik”.
LGBTİ+ fəalları və LGBTİ+ hüquq müdafiəçiləri, vəkillər Eskişehirdə homoseksualların qətlindən bəhs edən anonim vərəqələrə qarşı cinayət şikayəti ediblər, KaosGL xəbər verib.
LGBTİ+lərin öldürülməsinə çağırışların yer aldığı imzasız “Livata hadisəsinin haram olmasının ayə və hədislərlə izahı” adlı broşürə qarşı cinayət işi açmaq üçün bir araya gələn hüquq müdafiəçiləri Eskişehir Ədliyyəsi qarşısında açıqlama veriblər.
Mati Solak cinayət şikayəti edən LGBTİ+ fəalları adından bəyanatı oxuyub. Solak 17 May Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya və İnterfobiya ilə Mübarizə Gününü xatırladaraq başladığı açıqlamada: “Məlum olduğu kimi, bu şəhərdə LGBTİ+-lərin yandırılaraq qətlinin vacib olduğuna dair broşür yayılıb," - deyə bildirib. “Bu, nifrət cinayətidir. Biz bilirik ki, bu imzasız vərəqələr mürtəce, cihadçı dəstələr tərəfindən yayılıb. LGBTİ+lərin yaşamaq hüququna belə tamah edən kütlə bu gün də küçələrdə nifrət yaymağa davam edir”.
Powered by Froala Editor