Aleks Şah TGEU-nun İcraçı Şurasına seçilib, Azərbaycandan və o, Cənubi Qafqazdan olan trans icmalarının müdafiəsini vəd edir

Trans hüquqları müdafiəçisi Aleks Şah 2025–2027-ci illər üçün Transgender Avropa (TGEU) təşkilatının İcraçı Şurasına üzv seçilib. 50 ölkədən 200-dən çox üzv təşkilatın səsi ilə Baş Assambleya tərəfindən seçilən Aleks Avropa və Mərkəzi Asiya icmalarını, xüsusilə də Cənubi Qafqazın az təmsil olunan səslərini təmsil edəcək.

Minority Azərbaycana danışan Aleks qeyd edib ki, namizədliyi əsasən Cənubi Qafqazdan olan gənclərin qlobal qərar qəbuletmə məkanlarında təmsilçiliyinin olmamasını aradan qaldırmaq məqsədinə əsaslanıb:

“Əsas məqamlarımdan biri o idi ki, Cənubi Qafqazdan olan gənclərin qlobal qərar qəbuletmədə təmsilçiliyi yoxdur. Özümü Baş Assambleyaya təqdim edərkən qeyd etdim ki, azərbaycanlı trans insanlar daha yaxşı həyat standartlarına, səhiyyəyə və hüquqi təmsilçiliyə layiqdirlər. Mən burada onların səsi olmaq üçün dayanmışam.”

Aleks vurğulayıb ki, TGEU-nun strategiyaları kəsişən, müxtəlif və inklüziv qalmalıdır. O, yeni rolundan istifadə edərək azərbaycanlı trans insanların hüquqları və rifahı uğrunda beynəlxalq insan haqları mexanizmlərində açıq şəkildə vəkil olmağa, eyni zamanda Azərbaycanda yerli trans təşkilatlarının imkanlarını və dayanıqlılığını gücləndirməyə sadiq olduğunu bildirib:

“TGEU trans fərdləri gücləndirməklə maraqlanır və Azərbaycan trans+ icmasının buna ehtiyacı var. Mən həmçinin vurğulamaq istəyirəm ki, trans azyaşlılar ən həssas və hücum altında olan qrupdur — bu məsələ üzərində bütün region üzrə işləmək istəyirəm.”

Aleks Şah

Azərbaycan trans+ icmasına müraciətində Aleks onların daha yaxşı qanunlara, sosial ədalətə və həyatın bütün sahələrində bərabər təmsilçiliyə layiq olduğunu vurğulayıb:

“Azərbaycanlı trans+ icma bilməlidir ki, onlar daha yaxşı qanunlara, sosial ədalətə və qeyri-trans insanların artıq sahib olduqları həyatın hər bir sahəsində bərabər təmsilçiliyə layiqdirlər.”

Bu tarixi seçkilə Aleks Şah Azərbaycan trans icmalarının mübarizəsini və müqavimıtini beynəlxalq trans hüquqları müdafiəsinin mərkəzinə gətirərək həm regional, həm də qlobal həmrəyliyi gücləndirməyi hədəfləyir.

Powered by Froala Editor