Əvəz Hafizlinin qətli üzrə məhkəmə keçiriləcək
20 iyun saat 11.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində LGBTQ+ fəalı, jurnalist Əvəz Hafizlinin qətlə yetirilməsi ilə əlaqədar ilk məhkəmə iclası keçiriləcəkdir
19/Jun/22
1995
Əvəz Hafizlinin qətli üzrə məhkəmə keçiriləcək
20 iyun saat 11.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində LGBTQ+ fəalı, jurnalist Əvəz Hafizlinin qətlə yetirilməsi ilə əlaqədar ilk məhkəmə iclası keçiriləcəkdir.
Məhkəmə prosesini izləmək məqsədilə aktivistlər “Qıy vaar” təşəbbüs qrupu vasitəsilə Facebook sosial şəbəkəsində vətəndaşları, jurnalistləri və aktivistləri də bu prosesdə birgə olmağa dəvət edib.
Qeyd edək ki, Əvəz Hafizli 22 fevral 2022-ci il tarixində nifrət cinayəti zəminində öz qohumu tərəfindən boğazı kəsilərək qətlə yetirilib. Sonradan onun cinsiyyət üzvünün də kəsildiyi məlum olub.
Əvəz Hafizli homofob və transfob blogger Sevinc Hüseynovanın icmaya qarşı ölüm çağırışları ilə bağlı dəfələrlə etiraz edərək, həyatının təhlükə altında olduğunu bildirsə də, hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə əlaqədar heç bir tədbir görülməyib.
ILGA Europe beynəlxalq təşkilatının 2021-ci il də daxil olmaqla, son bir neçə illik Göy qurşağı reytinqinə əsasən Azərbaycan LGBTQ+ hüquqları üzrə 49 ölkə arasında sonuncu yerdədir. Ölkədə icmaya qarşı mütəmadi şəkildə hücumlar və qətllər törədilir.
Powered by Froala Editor