QueeRadar: 2021-ci il media monitorinqi

QueeRadar kollektivi 2021-ci ili əhatə edən media monitorinqi hesabatını təqdim edib.

2021-ci il LGBTİQ+ vətəndaşlar üçün nə ilə yadda qalıb?

Azərbaycan mətbuatı LGBTİQ+ ilə əlaqədar hadisələri oxuculara necə təqdim edib?

2021-ci ilin queerfobları – nifrət nitqinin yayılmasında rol oynayan ictimai-siyasi xadimlər kimlərdir?

Mətbuatda çıxan xəbərlər hansı kontekstdə, hansı sərhədlər daxilində, kimdən müsahibə alaraq, kimdən almayaraq, hansı məqamı qabardaraq, hansını arxa plana ataraq hazırlanıb?

QueeRadar monitorinqin məqsədinin seksual oriyentasiya və gender kimliyini əsas götürərək "insanlara qarşı diskriminativ bəyanatlara xüsusi diqqət yetirmək, müxtəlif sosial qruplara münasibətdə düzgün olmayan lüğətdən istifadəni və nifrət nitqi təzahürlərini analiz etmək, sənədləşdirmək" olduğunu bildirib. 

"2021-ci il ərzində internet axtarış sistemi ilə 23 media qurumundan 501 material üzə çıxarılıb. Nəticələr göstərir ki, LGBTİQ+ haqqında yerli mətbuatda çıxan materiallar sensasion çərçivədə işıqlandırılır, insanları alçaldıcı kontekstdə təqdim edirlər və ya LGBTİQ+ların insan hüquqları jurnalistlər tərəfindən tamamilə yox sayılır."

QueeRadarın apardığı analizə əsasən, 2021-ci ildə mətbuatda gedən materialların 62.5%-i qərəzli mahiyyət daşıyıb.

Araşdırmanın tam mənti BURADADIR



Powered by Froala Editor