Nəfəs LGBTİ Kuir Kitabxana formalaşdırır

Nəfəs LGBTI Azərbaycandakı kuir icmasının materiallarını, məqalələrini, hadisələrini və inkişaflarını toplayır və arxivləşdirir. Bu haqda təşkilatın öz saytında qeyd olunub. 

Təşkilatın vebsaytında yerləşən “Kuir kitabxana” bölməsində hazırda “Trans müttəfiqlər üçün tövsiyələr”, “Media və jurnalistlər üçün terminlər lüğəti” və “Mediada xəbərlərin ədalətli, dəqiq və əhatəli işıqlandırılması” məqalələri yer alıb. 

Təşkilatdan “Minority Azerbaijan”-a bildirilib ki, bölmə mütəmadi şəkildə faydalı məqalələrlə zənginləşəcəkdir. 



Powered by Froala Editor