LGBTİ+ hüquqları sorğu vərəqi - Nəfəs LGBTİ

Nəfəs LGBTİ Azərbaycan Alyansı 2022-ci ildə baş vermiş LGBTİ+ hüquq pozuntularını qeydə almaq məqsədilə sorğu həyata keçirir. 

Təşkilat qeyd edir ki, Azərbaycan LGBTİ+ hüquqlarına görə Avropada sonuncu yerdədir. Bu o deməkdir ki, ölkədə kuir hüquqları sistematik pozulur. Bu səbəbdən, təşkilat LGBTİ+ hüquq pozuntularını monitorinqini və qeydiyyatını apararaq illik hesabat hazırlayır.

Əgər sizin də və ya ətrafınızdakı hər hansı başqa bir insanın hüquqları pozulubsa, bu formanı doldurmaqla Nəfəs LGBTİ Azərbaycan Alyansına kömək edə bilərsiniz. 



Powered by Froala Editor