MTV VMA-da LGBTİ+ qələbələri

Lil Nas X Jack Harlow ilə birlikdə "Industry Baby" üçün çəkdiyi videoya görə üç Ay Adamı (red. Moon Person) mükafatını alaraq mərasimin şahzadəsi kimi dünən axşam MTV Video Musiqi Mükafatları tədbirini tərk edib.

VMA qırmızı xalçasında kuir dizayner Harris Reed tərəfindən hazırlanmış lələkli, qarğa kimi qlamur geyimdə görünən reper yeddi kateqoriya üzrə namizəd olub. 


Lil Nas X və Harlowun videosu “Ən yaxşı əməkdaşlıq”, “Ən yaxşı bədii rejissorluq” və “Ən yaxşı vizual effektlər” nominasiyalarında qalib gəlib. 

VMA-da ən yaxşı yeni sənətçi nominasiyasında qalib gələn Dove Cameron da böyük uğur qazanıb. Nyu Yorkdakı GLAAD Media Mükafatları mərasimində çıxış edən Cameron Ay Adamı mükafatını qəbul edib və qalibiyyətini “orada yer tuta bilməyən və kim olduqlarının dolğunluğunda yaşaya bilməyən bütün kuir uşaqlara həsr etdiyini”, deyib.


Måneskinin fərqli təmtəraqlı qlam rok enerjisi onları "Mən sənin qulun olmaq istəyirəm" (I Wanna Be Your Slave) Ən Yaxşı Alternativ mükafatı qazanıb. Özünü bi kimi tanıdan basçı Victoria De Angelis arderobda kiçik nasazlıq yarandığı üçün performans zamanı qrup yoldaşlarından ayırılıb. Bununla belə, bu, onların Ay Adamı qazandıqları faktını əllərindən almayıb.




Powered by Froala Editor