LGBTİ+lər Belqrad Qürur yürüşündə zorakılıqla üzləşib
LGBTİ+ icması ifrat sağçı zorakılıqla üz-üzə Belqrad Qürur yürüşünü keçirib
19/Sep/22
1608
LGBTİ+ icması ifrat sağçı zorakılıqla üz-üzə Belqrad Qürur yürüşünü keçirib
Belqrad qüruru şənbə günü 17 sentyabrda ifrat sağçı etirazçıların səs qumbaraları, daş və fişəng atması nəticəsində zorakılıqla üzləşib.
Pan-Avropa Qürur tədbiri EuroPride 2022-ə Belqrad ev sahibliyi edib və şənbə günü yürüşdən əvvəl bir həftəlik tədbirləri əhatə edib.
AP News-un məlumatına görə, Serbiyanın baş naziri Ana Brnabiç deyib ki, qürur yürüşünə gedənləri ifrat sağçı hücumlardan qorumaq üçün tədbirə 5200 polis göndərilib.
Buna baxmayaraq, ultra-mühafizəkar etirazçılar yürüşə və polis kordonuna səs qumbaraları, fişəng və daş atıblar, çevik polis qüvvələri Qürur tədbirini dəyənəklərlə müdafiə edib. Zorakılıq 64 nəfərin həbs edilməsi, 10 polis əməkdaşının yaralanması ilə nəticələnib.
Daha qısa marşrutla bərpa edilməzdən əvvəl qadağan edilən yürüş kilsənin yanından keçəndə, Pravoslav Kilsəsinin LGBTİ+ hüquqlarına qarşı olduğunu göstərmək üçün kilsə zənglər fasiləsiz olaraq çalıb.
Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bildirib ki, ultrakonservativ və dindar qruplar Qürur Yürüşünə mane olmaq üçün molotov kokteylləri hazırlayıb və hadisəni işıqlandıran jurnalistlərə və media nümayəndələrinə də hücum edərək, “Petuxları öldürün!” deyə qışqırıblar.
Powered by Froala Editor