MIL Sosium project is back
MIL Sosium project is a public project organized within the MIL Network to educate young people on topics related to civil society
13/Nov/22
1585
MİL Sosium layihəsi geri qayıdıb
MİL Sosium layihəsi MİL Şəbəkəsi daxilində gəncləri vətəndaş cəmiyyəti ilə bağlı mövzularda maarifləndirmək üçün təşkil olunmuş ictimai layihədir. MİL Sosium XI Təlim Proqramının əsas məqsədi vətəndaş cəmiyyəti anlayışının dərindən öyrədilməsi və Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir.
Layihə çərçivəsində təlimlər həftə sonları olmaqla 4 həftə ərzində, həftə sonları və hər biri 4 saat olmaqla həyata keçirilir.
Anket vasitəsilə müraciət edən iştirakçılar müsahibə mərhələsindən keçməklə layihədə iştirak haqqı qazanırlar.
Layihənin sonunda aktiv iştirakçılar sertifikatla təltif olunaraq MİL Məzunu adını alır.
Yaş həddi: 18-30 yaş
İştirakçılar müsahibə vasitəsi ilə seçiləcəklər. Seçilən iştirakçılara təlim gündəliyi email vasitəsilə göndəriləcək. Sonda aktiv iştirakçılar sertifikatla təltif olunacaqlar. Layihədə iştirak ödənişsizdir.
Müraciət linki: https://forms.gle/3fwTpF5KXwofpSwP6
Müraciət üçün son tarix: 24 noyabr, 2022;
Təlim günləri: 3-4, 10-11, 17-18, 24-25 dekabr, 2022 (həftə sonları)
Təlimlər Baku Community Space-də həyata keçiriləcək.
Ünvan: Bəşir Səfəroğlu 133, SAT Plaza, 7-ci mərtəbə
Əlaqə: +994519272427
Powered by Froala Editor