1. Siz hər zaman Azərbaycanda yaşamısınız və çox vaxt səyahət edirdiniz. Lakin son bir neçə ildir ki, tamamilə Avropaya köçmüsünüz. Bunun səbənini bizimlə bölüşə bilərsinizmi? 

- Müasir dünya daha qlobaldır və bundan irəli gələrək bizim fikirlərimiz, arzularımız, şüurumuz da daha da genişlənir. Mən hər zaman maksimum daxili komforta can atmışam, lakin ilk növbədə özüm və yaxınlarım qarşısında müəyyən məsluliyyət hiss edirdim. Ailə, təhsil, həyatıma dair planlar məni məhz bu gün olduğum yerə - Avropaya gətirib çıxartdı.

2. Sizcə Avropa LGBT icması Azərbaycan LGBT icmasından nə ilə fərqlənir?

- Mən ümumiyyətlə cəmiyyətin cinsi göstəricilərə görə icmalara bölünməsinin tərəfdarı deyiləm. Lakin onu deyə bilərəm ki, Avropa cəmiyyətində özünüifadə daha az çərçivələnir və sərhədlənir ki, bu da ilk növbədə onların şəxsi azadlıqları və onun toxunulmazlığı ilə bağlıdır. Avropadakı icmalar yəqin ki, daha çox maraqlar əsasında klub formasında formalaşır. Bizim cəmiyyətimizə isə bu icmaların yaranması daha çox öz haqqlarını müdafiə məqsədi daşıyır. 

Açıq danışsaq, demək lazımdır ki, Azərbaycan da homoseksuallar heç də Avropadan az deyil, mən hətta deyərdim ki, daha çoxdur. Sadəcə məsələ orasındadır ki, bu mövzu cəmiyyətin qınaq obyektidir, halbuki cəmiyyət üzvlərinin hər biri televiziyaya baxır, mediyanı izləyir və bu sferada çalışan homoseksualların sayı həddindən çoxdur. Ümumiyyətlə cəmiyyətimizdə homoseksuallarla hər yerdə rastlaşmaq olar. 

Mənim üçün isə insan ilk növbədə şəxsiyyətdir. Şəxsi həyatlarında hansı cinsə üstünlük verib verməməsi kimi mövzuları isə özüm üçün nə müzakirə nə də mühakimə obyektinə çevirmir və buna heç zaman yol vermirəm. Əlbəttə mən yetkin , fiziki və mental sağlam insanların, onların təbiətindən irəli gələn münasibətlərdən danışıram. 

3. Azərbaycanın  ən gözəl qadınlarından biri olmaqla siz daima özünüzə qarşı kişi cinsindən böyük diqqət görürsünüz. Lakin heç kəsəs sir deyil ki, sizə məftun olan qadınlar da var. Bu cür situasiyalar ilə tez-tezmi qarşılaşırsınız və reaksiyanız necə olur? 

Mən həqiqətən də insanların və xüsusilə kişilərin diqqətindən ərköyünlük hiss edirəm və bunu təbii, xoş bir hal kimi qarşılayıram. Baxmayaraq ki, çox zaman bu cür diqqətə heç bir rekasiya bildirmirəm. Təəssüflə deyə bilərəm ki, qadınlar tərəfindən diqqətdən çox qısqanclıq hiss etmişəm hər zaman. Lakin bu o demək deyil ki, mənim qadın rəfiqələrim yoxdur. Bu tərəfdən də özümü yetərincə şanslı hiss edirəm. Çünki qadın rəfiqələrimdə müasir kişilərin çoxunda olmayan keyfiyyətlər var və bu məni hədsiz xoşbəxt edir. 

Qadin simpatiyasına gəldikdə isə deyə bilərəm ki, bu məni heç zaman maraqlandırmayıb, ancaq onu da çox təbbi və normal qarşılayıram. 

4. Hər kəs razılaşar ki, homoseksual kişilərin əksəriyyəti gözəl qadınlarla dostluq edirlər. Bəs sizin ətrafınızda gey dostlarınız çoxdurmu? 

- Dostlarımın arasında gey olanlar həqiqətən çoxdur. Və tam əminliklə deyə bilərəm ki, mənim bütün gey dostlarım çox istedadlı insanlardır. Onlar arasında savadlı jurnalistlər, fotoqraflar, musiqiçilər, dünya moda mütəxəssisləri, memarlar var.

5.Madonna, Lady Gaga kimi gözəl və istedadlı qadınlar dünya üzrə gey ikonalar hesab edilirlər. Azərbaycanda da bu rolda siz çıxış edirsiniz. Sizcə bunun səbəbi nədir? 

- Mənə elə gəlir ki, homoseksual kişilərdə estetik qavrama və daxili seskuallığı duyma qabiliyyəti xüsusilə inkişaf edib. Ola bilsin bu səbəbdən də, geylər öz daxili dünyalarına daha yaxın olan insanlara – gözəl qadınlara can atırlar. Və bu cəlbetmə prosesi gördüyünüz kimi qarşılıqlı olur.

6. Alimlər, mühəndislər,həkimlər arasında çoxlu sayda homoseksual qadın və kişilər var. Ancaq nəyə görə cinsi azlıqlar haqqında danışanda insanların ağlına sadəcə şou-biznes və incəsənət gəlir?

- Dünya musiqi sənayesi və şou-bizesi özlüyündə ən çox danıçılan və populyar mövzudur ona görə də insanların dilindən hər zaman məhz o sahədən olan insanların adları səslənir. Başqa profesiyalar da əslində yetərincə müzakirə olunur, lakin bəzi sahələrdə hələ də tabular mövcuddur. Lakin son günlərdə şahidi oluruq ki, hətta bəzi siyasətçilər də, kominq aut (etiraf) edirlər. Və bununla da onlara qarşı hədə kimi istifadə oluna biləcək mövzunu zərərsizləşdirilər. 

Lakin mən fikirləşirəm bu haqqda danışıb, danışmamaq hər kəsin öz çəxsi seçimidir və buna heç kəs qarışmamalıdır. Bu mərhələyə hər kəs özü gəlib çıxmalıdır. 


7. Tom Ford, İv Sen Loran, Karı Lagerfild, Dolçe Qabanna dünya moda sənayesində hakim mövqe tuturlar. Sizcə nə üçün moda sferası məhz homoseksual kişilərin əlindədir? 

Moda və stil özünüifadənin ən parlaq aspektlərindən biri olub, yaradıcı yanaşma və hissiyyat üzərində qurulur. Moda dünyasında geylər liderdilər və İv Sen Loran, Valentino, Tom Ford, Lagerfild və başqaları stil ikonasldlrlar. Və onların silueti, rəngi və harmoniyanı  necə dəqiq gördüklərinə bir baxın. Qadınlar və kişilər bu cür istedadlı insanlara minnətdar olmalıdırlar. Çünki onlar özlərində hər kəsin pay ala biləcəyi ali zövqü daşıyırlar. Homoseksuallar haqqında qressiv və nifrətlə danışanlar şəxslərə isə bir sual vermək istəyərdim: - Bəs sən özün bu dünyaya gözəl nə töhvə vermisən? Beləliklə, sevgi, istedad – yaxşı, nifrət və paxıllıq isə - pisdir. Kim olmağından asılı olmayaraq bu düstur dəyişmir.

8. Bildiyimiz kimi, 2015-2016 il moda aləmində unisex geyimlər dəbdə olu. Buhqqadanə fikirləşirsiniz? Sizcə modanıncinsivarmı? 

Bayaq adını sadaladığım şəxlərə gələk qeyd edə bilərəm ki, onların kolleksiyası heç zaman unisex geyimləri təbliğ etməyiblər. Əksinə, ən incə qadınsı geyimlər məhz yüksək səviyyəli kuturyelərin kolleksiyalarında yer alırlar. Mənim fikrimcə unisex geyimlər sadəcə bu və ya digər kolleksiyanın bir aksentdir, necə ki, cins və idman geyimləri. Modada qadın incəliyindən daha seksual heç nə yoxdur, lakin qadının kişi nostyumu və ya köynəyi geyinməsi də çox seksual görünür. Yenə də mənim üçün bel hissəsi açıq, uzun yarığı olan geyimlərin yerini heç nə verə bilməz. 

Yeri gəlmişkən onu da qeyd edib ki, məhz ətirlərdə mən cinsiyyət hiss etmirəm və əksinə ciddi kişinin qızılgül, sitrus, incə bir qadının isə tünd ətirlərdən istifadə etməsi hər zaman mənə daha cazibədar gəlib.

9. Bu baxınlarda biz Bakı sakinləri ilə “Övladınız homoseksul olsa idi nə edərdiniz?” deyə sorğu həyata keçirdik və cavablar o qədər də ürəkaçan olmadı. Hətta bəzi valideynlər bu situasiyada öz övladlarını öldürəcəklərini dedilər. Bir ana kimi o valideynlərə nə deyərdiniz?

Ümid edirəm ki, övlad deyiləndə  hüquqi və biloji cinsiyyət yetişkənliyi keçirmiş şəxsləri nəzərdə tutursunuz. Çünkiuşaqlarhələtamformalaşmamış şəxsiyyətlərdir.Məndediyimhaldaonsuzdaövladlarartıqsərbəstdirlərvəbunailknövbədəhüquqşərait yaradır. Əlbəttə hər ailə övladını özü bildiyi kimi tərbiyyə edir, lakin heç bir halda biloloji faktorlar və xüsusuiyyətlər unudulmamalıdır.Belə ki, insanlar bu mərhələdə heç nəyi idarə etmək və seçmək bacarığına malik deyillər. Və buna qarşı çıxmaq həm insanlığa həm də yaradana qarşı məntiqsizlikdir. İstədiyiniz kimi tərbiyyə edin, lakin olduğu kimi qəbul edin. Çalışın ki, övladınız alçaq, mənəviyyatsız, qəddar biri olmasın, pis mühitə düşməsin və maksimum yaxşı təhsil alsın. Bizim hamımız kiminsə övladıyıq və bəzilərimiz hətta valideynik. Sevgi bizi birləşdirən ən başlıca və vacib şey olmalıdır. 

10. Jurnalımız haqqında fikirləriniz və oxucularımıza sözünüz?

Ümumilikdə jurnalınızın bütün kollektivinə və şəxsən redaktora uğurlar, maraqlı məqalələr, müsahibələr və gözəl üzlər arzu edirəm.Səmədi şəxsən tanıdığım, sevdiyim və hörmət etdiyim üçün ona hər başladığı işdə uğur diləyirəm. Oxucularınıza isə tolerantlıq və sevgi !!!