Hindistan hava limanı öz “GAY” abreviaturasını dəyişməyəcək

Hindistanın mühafizəkar Bharatiya Janata Partiyasının (BJP) üzvünün narahatçılığına baxmayaraq, Qaya (“GAYA”) Beynəlxalq Hava Limanının beynəlxalq kodu hələ də “GAY” olaraq qalır.

Hindistan parlamentinin yuxarı palatası Racya Sabhanın üzvü Bhim Sing hökumətə yazılı sorğu təqdim edərək, Qaya Beynəlxalq Hava Limanının üçhərfli kodunun dəyişdirilməsini tələb edib. O, sorğusunda iddia edib ki, “İnsanlar bu abreviaturanı sosial və mədəni baxımdan təhqiramiz və narahatedici hesab edirlər” və hökumətin “daha hörmətli və mədəni cəhətdən uyğun” bir abreviatura seçməyi nəzərdən keçirib-keçirmədiyini tələb edib.

Aviasiya naziri Şri Murlidhar Mohol 4 avqustda verdiyi yazılı cavabda bildirib ki, nazirlik əvvəllər də oxşar müraciətlər alıb, lakin abreviaturanın dəyişdirilməsi planlaşdırılmır. Onun sözlərinə görə, üçhərfli hava limanı kodları ölkələrin hökumətləri tərəfindən deyil, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən unikal identifikatorlar kimi verilir. (Digər diqqətçəkən abreviaturalardan biri Braziliyadakı Poços de Caldas Hava Limanının “POO” (ingiliscə nəcis) kodudur.)

Powered by Froala Editor