Yerusəlimdəki “Qürur Yürüşü”nə 20000 nəfər qatıldı


Yerusəlimdə artıq 18-ci dəfə LGBTQ icmasının “Qürur Paradı” baş tutdu. Polisin verdiyi məlumata görə, paradda 20 minə yaxın insan iştirak etmişdir.


Tədbirin təhlükəsizliyini təxminən 2500 polis, sərhədçi və könüllü qoruyurdu. Ümumilikdə paradın keçirilməsinə mane olmaq niyyətində şübhəli bilinən 50 nəfər saxlanılmışdır, onlardan birindən bıçaq müsadirə olunub.

Tədbirdə Yair Lapid (“Kaxol Lavan”), Amir Oxana (ədliyyə naziri, “Likud”) və başqa siyasətçilər və ictimai xadimlər iştirak etmişdir. Oxana paradın bəzi iştirakçıları tərəfindən kobud qarşılanmışdı, onların fikrincə, o, bir icma üzvü kimi icmanın maraqlarını yetərincə müdafiə etmir. 

Həmçinin parad zamanı onların əleyhinə olan iki etiraz aksiyası da baş tutmuşdur.