Gay person appointed as minister in Israel
İsrailin baş naziri Binyamin Netenyahu Amir Oxananı müvəqqəti ədliyyə naziri təyin etdi. Jerusalem Post qəzetinin məlumatına görə, o, ölkənin tarixində belə bir vəzifə tutan ilk açıq geydir.
14/Jun/19
2894
İsraildə ilk dəfə nazir vəzifəsinə açıq gey təyin olundu
İsrailin baş naziri Binyamin Netenyahu Amir Oxananı müvəqqəti ədliyyə naziri təyin etdi. Jerusalem Post qəzetinin məlumatına görə, o, ölkənin tarixində belə bir vəzifə tutan ilk açıq geydir.
Netenyahunun mətbuat katibi bildirib ki, ilk dəfə olaraq LGBT icmasının üzvü İsrail hakimiyyətində belə yüksək vəzifə tutur. Amir Oxana ən azı, Knessetdə 17 sentyabrda keçiriləcək yeni seçkilərə qədər nazir olacaq. Oxana özü ədliyyə naziri vəzifəsinə təyin olunmasını “böyük şərəf” adlandırmışdır. O, 2 iyun Netenyahu tərəfindən vəzifədən azad olan Aelet Şakedi əvəz edir. Şaked öz xələfinə bu vəzifədə müvəffəqiyyət arzu edərək ona öz işində kömək etməyə hazır olduğunu bildirib.
Amir Oxana daha əvvəl vəkil işləmiş və cinayət işləri üzrə ixtisaslaşmışdır. 2015-ci ildə o, Knessetin deputatı olmuşdur.