Health Ministry of Azerbaijan About Homosexuality
Homoseksuallıq 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Xəstəliklərin Beynalxalq Təsnifatından (XBT-10) çıxarılmışdır və artıq psixi pozuntu sayılmır.
12/May/20
7724
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin açıqlaması
- Homoseksuallıq 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Xəstəliklərin Beynalxalq Təsnifatından (XBT-10) çıxarılmışdır və artıq psixi pozuntu sayılmır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi XBT-10 istifadə etdiyi üçün ölkəmizdə homoseksullıq xəstəlik kimi təsnif edilmir.
- Azərbaycanda 2005-ci ildən etibarən yeganə təsnifat kimi XBT-10 istifadə etdiyi üçün ölkəmizdə homoseksuallıq həkim tərəfindən psixi pozuntu forması kimi qeydə alına bilməz.
- Homoseksuallıq adlı diaqnoz olmadığı üçün həkimlərin bu diaqnoz altında müalicə yazması, yaxud homoseksuallığı aradan qaldıra biləcəyini iddia etməsi qəbul edilməzdir. Eyni zamanda homoseksual insanlarda digər insanlarda da müşahidə olunan müxtəlif psixi pozuntulara (depressiya, şəxsiyyət pozuntuları, psixozlar və s.) rast gəlinə bilər. Bu səbəbdən orientasiyasından aslı olmayaraq psixi pozuntulardan əziyyət çəkən hər bir şəxs zəruri yardımı ala bilər.
Powered by Froala Editor