2017-2019 Hate speech monitoring against LGBTQ+
2017-ci ilin sentyabr ayında Azərbaycan polisi zorakı bir reyd keçirərək gey, biseksual, transgender şəxsləri həbs edib, onları işgəncəyə məruz qoyub.
29/Jul/20
2274
2017-ci ilin sentyabr ayında Azərbaycan polisi zorakı bir reyd keçirərək gey, biseksual, transgender şəxsləri həbs edib, onları işgəncəyə məruz qoyub. Demək olar ki, bu məsələ bütün yerli mətbuat orqanlarında diskriminativ dildən istifadə olunmaqla və hakimiyyətin nöqteyi-nəzərindən çıxış etməklə geniş şəkildə işıqlandırıb. Beləliklə, mətbuat LGBTİQ+ barədə neqativ stereotipləri və düşüncələri bir daha yaymaqla onların davranışları və həyatı barədə təhriflərə yol verib.
QueeRadar 2017-ci ilin sentyabr və 2019-cu ilin dekabr aylarını əhatə edən dövr ərzində Azərbaycanın 23 mətbuat orqanının (bax – hesabatdakı Əlavə 2) onlayn versiyasında gender mənsubiyyəti və cinsi oriyentasiyaya köklənmiş nifrət nitqi nümunələrinin axtarışını aparıb. Araşdırma zamanı 1210 material (xəbər, məqalə, müsahibələr və köşə yazıları) nəzərdən keçirilib. Bunlardan 16 faizi məqbul, 84 faizi isə qeyri-məqbul materiallardır.
Məlum olub ki, bu müddət ərzində cəmi 65 məqalədə LGBTİQ+in hüquqlarına dair müsahibə almaq üçün LGBTİQ+ təşkilatlarına müraciət edilib. Bu isə, qiymətləndirilmiş materialların 5.7 faizini təşkil edir.
Araşdırma göstərib ki, mətbuat LGBTİQ+ ilə əlaqəli məsələlərə sensasion məzmunda yanaşır; eyni zamanda LGBTİQ+dən əsasən siyasi rəqibləri təhqir etmək üçün istifadə olunur.
Əksər hallarda termin və ifadələrin əksəriyyəti düzgün istifadə olunmayıb. Misal üçün, a) transların homoseksual kimi təqdim edilməsi; b) “üçüncü gender” ifadəsindən qeyri-düzgün istifadə.
Azərbaycan mediasında transfobiya özünü daha qabarıq göstərir. Belə ki, trans insanlar barəsində “cinsiyyətini dəyişmiş”, “keçmişdə kişi/qadın olan” və ya “kişi/qadın doğulmuş” kimi ifadələrdən istifadə olunur. Yaxud da israrla şəxsin özü üçün seçdiyi addan deyil, onların şəxsiyyət vəsiqəsindəki adlarından istifadə olunur.
QueeRadar hesabatda medianın bu sahədə məlumatsızlığını və ya billik səviyyəsini göstərməyə, eyni zamanda nifrət nitqinin gücləndirilməsində mətbuatın rolunu qiymətləndirməyə çalışıb.
Hesabatda həmçinin LGBTİQ+ mövzularını işıqlandıran jurnalistlər üçün tövsiyələr təqdim edilib.
Hesabatın Azərbaycan versiyası: https://issuu.com/queeradar/docs/report_aze
İngiliscə versiyası: https://issuu.com/queeradar/docs/report_en
PDF faylları əldə etmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Powered by Froala Editor